Məhkəmə qərarları › İş №3(075)-2/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-2/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-2/2023 17.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1969-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 06 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Şəki şəhər sakini X2 məxsus əmlaka 600 (altı yüz) manat dəyərində qəsdən ziyan vurmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X7 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Şəki şəhər sakini X2 məxsus əmlaka 600 (altı yüz) manat dəyərində qəsdən ziyan vurmuşdur. 3 ədəd kameraya biri 150 manat olmaqla, ümumilikdə 450 manat məbləğində və evin damına 150 manat məbləğində ziyan vurulmuşdur. Buna görə də tərəfindən 06 dekabr 2022-ci il tarixdə hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs onu atasıdır. O ailə qurduqdan sonra atası onunla mülk mübahisələri etməyə başlamışdır. Yaşadıqları ünvan 2 ünvanında yerləşən həyətyanı ev ona məxsusdur. Atası həmin evdə onunda payı olduğunu iddia edərək dəfələrlə məhkəməyə müraciət etmişdir. Məhkəmə onun leyhimə qərar çıxarılmışdır. Məhkəmənin qərarından sonra atası dahada qıcıqlanar evdəki əşyaları sındırmışdır. O xx.xx.2022-ci il tarixdə həmin evə gedərək ona məxsus 3 ədəd müşahidə kameralarını sındırmış və evin damını sökməklə də ona 150 manat maddi ziyan vurmuşdur. Bu səbəbdən də o Şəki şəhəri Rayon Polis şöbəsinə müraciət etmişdir. Orada bu barədə araşdrma aparıldıqdan sonra atasının onun əmlakına 600 manat ziyanlıq vurulduğu müəyyən olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, Müslüm Əhmədin evinin damının kirəmitlərini söküb, orada ozünə məxsus əmlakları götürmək istəmişdir. Lakin əmlakları apara bilməmişdir. Damı sökülmüş vəziyyətdə qoyub getmişdir. Sabahısı gün gələndə isə artıq damın düzəldiyini görmüş və 3 ədəd kameranı isə söküb yerə qoymuşdur. Hal-hazırda ondadır. Vurulan ziyanın məbləği 600 manat deyildir. Bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan 18 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HK-1/1811 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyəti xidmət sahəsinə göndərilmiş həmin qərarda ziyanın 600 manat olduğu müəyyən edilmişdir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs özünün də etirafına əsasən özgənin əmlakını qəsdən zədələmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə - yəni 600 (alt yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar