Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-2/2025 08.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət qızının katibliyi, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, 02 iyul 1978-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə işə açıq məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəməyə təqdim edilmiş MN ******* saylı inzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 25 iyul 2024-cü il tarixdə X10 şəxsi münasibətlər zəmində dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X14 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxs X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 izahat verərək göstərdi ki, Şəxs 25 iyul 2024-cü il tarixdə X10 şəxsi münasibətlər zəmində dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Qeyd edilən iş üzrə araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Lakin matrerialı üzrə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Əhmədov pərviz Tahir oğlu 29 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alındığından Şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X14 onun qardaşı olmaqla uzun müddətdir ki, aralarında mülki mübahisə mövcuddur. Balakən Rayon Məhkəməsinin mülki mübahisə üzrə qətnaməsindən verdikləri apellyasiya şikayətinə 25 iyul 2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılıb qurtardıqdan sonra qardaşı Orxan Rəsulovla birlikdə Balakən rayonuna qayıdarkən Şəki bazarının yanından keçərkən qardaşı Orxan qohumları Ağaman Babayevin digər qardaşı Valeh Rəsulovla birlikdə avtomobillə getdiklərini bildirdi. Bu zaman Ağaman Babayevə iradını bildirmək üçün avtomobili küçənin sağına çəkmiş Ağaman da avtomobili onun avtomobilinin sağ tərəfində saxlamışdır. O, Ağamana qardaşını öyrətməməyi və düzün yanında olmağı barədə iradını bildirən zaman qardaşı Valeh Rəsulov onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, maşından düşmək istəsə də qardaşı Orxan Rəsulov ona icazə verməmişdir. Lakin buna baxmayaraq o, da Valeh Rəsulovun ünvanına nalayiq ifadə işlədərək Ağamana iradını bildirib qardaşı və dostu İlqar Məmliyevlə birlikdə oradan çıxıb getmişlər. O, qardaşı Valeh Rəsulovu vurmamış, ona hər hansısa bir xəsarət yetirməmişdir. Sadəcə olaraq onunla mübahisə etmişdir. Qanuni qərar qəbul ediməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahat verərək göstərdi ki, Şəxsla aralarında mülki mübahisə olmuşdur. Bundan sonra aralarında münaqişə baş vermiş, qardaşı yəni Şəxs daş və yumruqla ona xəsarətlər yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxslə heç bir barışığı olmamışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş; Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi polis mayoru Pərviz Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs İsla oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs İsla oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti şəxsi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi polis mayoru Pərviz Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda X5 izahatından görünür ki, X7 izahatında göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, X17 Rəsulov arasında baş vermiş münaqişə zamanı Şəxs Valeh Rəsulovun eynəyini yerə atdığını görsə də, onu daşla və yumruqla vurmasını görməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 Təcrübi və Tədris Birliyinin 30 iyul 2024-cü il tarixli, 335 nömrəli rəyindən görünür ki, X7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət :- sağ saidin sıyrığı küt əşyanın təsirindən əmələ gəlmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixinə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması nəticəsində və inzibati xəta haqqında materiallar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X2 Azər İslam oğlu qohumluq münasibətində yəni qardaş olmuşdur. Şəxs 25 iyul 2024-cü il tarixdə X10 şəxsi münasibətlər zəmində dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi qeyd edilmişdir. Həmin iş üzrə araşdırma aparılmış və Şəki şəhər-rayon Polis Şöbəsində aparılan müvafiq araşdırmadan sonra sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Hazırki iş üzrə İstər Şəki şəhər-rayon Rayon Polis Şöbəsində, istərsə də məhkəmə iclasında Şəxs X11 vurmadığını, sadəcə olaraq onunla mübahisə etdiyini bildirmişdir. Məhkəmə iclasında həm məhkəməyəqədər aparılan araşdırma, həm də məhkəmə araşdırılması zamanı X7 Şəxs tərəfindən döyülməsini təsdiq edən mötəbər sübut əldə olunmamışdır. Bundan başqa iş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi aqqında qərarda qeyd edilən şahidlər olan X5, X8 və X6 izahatlarından da görünür ki, Şəxs X11 daşla və ya yumruqla vurmasının şahidi olmamışlar. Göründüyü kimi hazırki işdə inzibati xəta hadisəsinin baş verməsi və Şəxs X11 döyərək inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-2/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-2/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver