Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-20/2025 06.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1982 -ci il tarixdə Şəki rayonu, Sarıca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Sarıca kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 06 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)- 1396/2024 nömrəli, 2(054)-243/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-243/2016 saylı, xx.xx.2016-cı il tarixli icra senedine əsasən 31 mart 2015-ci il tarixden başlayaraq cabavdeh Şəxs Rövşen oğlundan her ay her uşaq üçün 70 manat – cəmi 140 manat sabit pul məbləğinde aliment tutularaq Fidan va Sevil adlı uşaqlar yetkinlik yaşına çatanadak saxlanılması üçün X5 ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı ildə Şəki rayonu üzre İcra ve probasiya şöbesine daxil olmuş ve qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər borcluya gönderilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzinde tələbin icrası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)- 1396/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə esasən xx.xx.2024-ci il tarixden başlayaraq cavabdeh Şəxs Rövşen oğlundan hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq yetkinlik yaşına çatanadak saxlanılması üçün X5 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzre İcra ve probasiya şöbesina daxil olmuş və qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qabul olunaraq surəti bildirişlə berabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindan könüllü icra müddeti ərzində tələbin icrası təmin edilməmişdir. Hər iki icra sənədi üzrə 10991 manat aliment borcu yaranmışdır. Borclu icra sənədi üzrə tələbi yerine yetirmediyinden adına pul vesaitlerinin ve bank hesablarının olub-olmaması barədə bank ve kredit teşkilatlarına, əmlakının olub-olmaması barədə ise “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vesaiti ve daşınar və ya daşınmaz əmlak emlak aşkar edilməmişdir. Həmçinin borclunun evinde əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclu Aile Məcəlləsinə uyğun olaraq yaşadığı yeri bildirmeli olduğu halda yaşadığı yer barədə dƏ dəqiq malumat verməmiş, aliment ödeməkdən yayınmışdır. Borclunun yeri məlum olmadığından borclunun axtarılması barədə qərar qebul edilərək Şəki ŞRPŞ-na gönderilmiş, Şəki Şəhər- Rayon Polis şöbesi tərəfindan xx.xx.2024-cü il tarixde tapılaraq şöbəyə gətirilmişdir. Şöbədə olarkən borcluya 10991 manat aliment borcunun olduğu bildirildi, ümumiyyetle aliment ödəyib-ödəməməsi barədə sual verildi, borclu bildirdi ki, 5449 manat aliment ödeyib, sonuncu dəfə xx.xx.2025-cü il tarixde 200 manat ödəyib. Hal-hazırda ise borclunun 10991 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranmasını, aliment ödememesinin sebebini işsizliyi, qazancının az olması ilə əlaqələndirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədlərində göstərilən borclarını qəbul edir. Ümumilikdə 5449 manat məbləğdə ödəniş etmişdir. Hazırda 10991 manat məbləğdə ödəniş edə bilər. Onun icra sənədlərindən məlumatı olmuşdur. Maddi imkanı aşağıdır. Borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. İşləyib qalan borcunu hissə-hissə ödəyəcəkdir. xx.xx.2025-ci il tarixdən işə başlamalıdır. Bu gün saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq İcra şöbəsinə gətirilmişdir. X7 Vəkil Bürosunun vəkili X8 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu ilə aralarında olan mübahisə çoxdan davam edir. Borclu qərəzli olaraq icra sənədinin icrasında yayınır. Bir neçə dəfə inzibati həbs edilib. Lakin ödənişlər lazımi qaydada aparılmır. O, borcunu tam olaraq tələb edir. Borcludan şikayətçidir. Barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 06 yanvar 2025-ci il tarixdə, saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 06 yanvar 2025-ci il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 06 yanvar 2025-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-20/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-20/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver