Məhkəmə qərarları › İş №3(075)-200/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-200/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-200/2022 21.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş 05.03.2022-ci il tarixli, EQ-9173888 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 05.03.2022-ci il tarixli, EQ-9173888 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 məhkəmə iclasına gəlməmişdir. Lakin X2 12 aprel 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, şikayət ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X3 şikayət ərizəsini geri qaytarılması barədə istəyini nəzərə alaraq hesab edir ki, X1 barəsində tərtib edilmiş 05.03.2022-ci il tarixli, EQ-9173888 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ona geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 barəsində tərtib edilmiş 05.03.2022-ci il tarixli, EQ-9173888 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar