Məhkəmə qərarları › İş №3(075)-201/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-201/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-201/2021 28.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X3 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Vətən Müharibəsi qazisi, Azərbaycan Respublikasının vətəndaşı ünvan 1 ünvanında yaşayan, X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbini pozduğuna görə barəsində İXP-3478379 nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında iştirak etməmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx xxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsini, xx xxxxxx 2020-ci il tarixdli İXP ******* saylı inzibati xəta haqqında protokol və qərar üzrə hesablanmış 240 manat faizin hesabından silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X6 izahat verərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbini pozduğuna görə barəsində İXP-3478379 nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, X5, barəsində inzibati xət haqqında protokol tərtib edildikdən bir müddət sonra o Qarbağ uğrunda gedən Vətən Müharibəsidə iştirak etmiş və sözügedən cərimənin üzərinə yığılmış dəbbə pulu da həmin müddətdə yaranmışdır. xx xxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsinə, xx xxxxxx 2020ci il tarixdli İXP ******* saylı inzibati xəta haqqında protokol və qərar üzrə hesablanmış 240 manat faiz məbləğinin onun hesabından silinməsinə etirazının olmadığını bildirmişdir. X7 məhkəmə iclasına ərizə göndərərək göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu Yol Patrulu inspektoru tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək 400 manat inzibati cərimə edilmişdir. Vətən müharibəsi başlayanda isə səfərbərlik üzrə xx xxxxxxxx 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdən isə döyüş əməliyyatlarında iştirak etmişdir. Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində müxtəlif istiqamətlərdə döyüşmüş, ağır yaralanmış, bir müddət hospitalda müalicə almış və xx xxxxxx 2020-ci il tarixdən ordudan təxris olunmuşdur. xx xxxxxx 2021-ci il tarixdə evdə olarkən qəfildən huşunu itirmiş, təcilli tibbi yardım çağırılmış, müayinə olunaraq “Dəqiqləşdirilməmiş affektiv pozğunluğu diaqnozu təyin edilərək, ilkin tibbi yardım göstərilmiş, xx xxxx 2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “Postkommosion pozuntu F07.2 Posttravmatik stress pozuntusu F.43.2” diaqnozu təyin edilmişdir. Bildirmişdir ki, hərbi xidməttə olan müddətdə Şəki rayonu Yol Patrulu Xidməti əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda xx xxxxxx 2020-ci il tarixdli İXP ******* saylı inzibati xəta haqqında qərar üzrə 400 manat cərimənin və ona hesablanmış faizi ödəməməsi əsas gətirilmişdir. Protokolla razı deyildir. Belə ki, hərbi xidmətdə olan müddətdə sözügedən qərarın icrasında qəsdən yayınması mümkün deyil. Sözügedən cərimənin ödənilməsinin gecikməsi ondan asılı olmayan səbəblərdən olmuşdur. Bu səbəbdən də xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı qərar üzrə hesablanmış faizi qəbul etmir. Həmin protokol üzrə 400 manat cəriməni ödəməyə hazırdırlar. Bütün bunları nəzərə alaraq barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsini, xx xxxxxx 2020-ci il tarixdli İXP ******* saylı inzibati xəta haqqında protokol və qərar üzrə hesablanmış 240 manat faizin hesabından silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 atasıdır. Göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu Yol Patrulu inspektoru tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək 400 manat inzibati cərimə edilmişdir. Vətən müharibəsi başlayanda isə övladı səfərbərlik üzrə xx xxxxxxxx 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, xx xxxxxxx 2020-ci il tarixdən isə döyüş əməliyyatlarında iştirak etmişdir. X1 müharibəsində müxtəlif istiqamətlərdə döyüşmüş, ağır yaralanmış, bir müddət hospitalda müalicə almış və xx xxxxxx 2020-ci il tarixdən ordudan təxris olunmuşdur. Təxris olunduqdan sonra da bir neçə dəfə müayinə edilmiş, hal-hazırda da həkim nızarəti altındadır. Belə ki, övladının hal heç də yaxşı deyil, tez-tez özündən getmələri olur. Müxtəlif təsirli dərmanlar hesabına hərəkət edə bilir. Məhkəmədən hazırkı iş üzrə onlara köməklik göstərilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 723 nömrəli arayışdan görünür ki, X5 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq, xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İşdə olan xx xxxxx 2021-ci il tarixli, 9664 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X5 müayinə olunaraq “Dəqiqləşdirilməmiş affektiv pozğunluğu diaqnozu təyin edilərək, ilkin tibbi yardım göstərilmiş, xx xxxx 2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “Postkommosion pozuntu F07.2 Posttravmatik stress pozuntusu F.43.2” diaqnozu təyin edilmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbini pozduğuna görə barəsində İXP-3478379 nömrəli inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. X5 isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq, xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və və xx xxxxxx 2020-ci il tarixdən ordudan təxris olunmuşdur. Göründüyü kimi X5 protokol tərtib ediləndən 1 ay sonra səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və Vətən müharibəsinin iştirakçısı olmaqla yaralanmışdır. Buna görə də onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun cəriməsini 3 ay müddətində ödəyə bilməmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə 400 manat cəriməni 3 ay müddətində ondan asılı olmayan üzrlü səbəblərdən ödəyə bilməmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola xitam verilməli, xx xxxxxx 2020-ci il tarixdli İXP ******* saylı inzibati xəta haqqında protokol və qərar üzrə ona hesablanmış 240 manat dəbbə pulu onun üzərindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, nəhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində 333.1-ci maddəsinin tələbini pozduğuna görə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP-3478379 nömrəli inzibati xəta haqqında protokol üzrə hesablanmış dəbbə pulu onun üzərindən silinsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar