Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-201/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, BDYPl-nin Yol patrul xidməti tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolun qərarının ləğv edilməsi və inzibat icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 mart 2025-ci il tarixdə Şəki şəhəri, H.Əliyev prospekti ünvanında ona məxsus "Hyundai Accent" markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, elə həmin prospektin yolayırıcında dayanmış yol patrul xidmətinin əməkdaşı tərəfindən avtomobilinə dayan əmri verilmiş və o, avtomobili saxlamışdır. Bundan sonra yol patrul xidmətinin əməkdaşı ona yol hərəkəti haqqında qanunun, yəni yolayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. O, YPX əməkdaşı ilə razılaşmadıqda ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən "yolayrıcını keçmə qaydalarının pozulması" barədə iXP ******* saylı protokol tərtib etmişdir. Barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarla razı deyil. O, İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunarkən sistemə qərarsız düşsə də, daha sonra onun iştirakı olmadan, qərarlı olmuşdur. Bundan əlavə sistemə sübut olaraq heç bir foto və video əlavə edilməmişdir. Barəsində BDYPl-nin Yol patrui xidməti tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol onun hüquqlarının pozulması ilə tərtib edilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-201/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 3(075)-201/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından narazı qalan X3 həmin qərardan apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-172/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 14 may 2025-cü il tarixli, 3(075)-201/2025 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, heç bir əsas olmadan onun barəsində protokol tərtib etmişlər. Video çəkiliş mobil telefonla aparılmışdır, görüntüdəki nəqliyyat vasitəsi ona məxsus deyil. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahilş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə İş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilsə də, X3 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. İnzibati protokol tərtib edən orqan xx.xx.2025-ci il tarixli, İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara istinad etməklə X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək, İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələr qeyd edilməmiş, əldə edilən foto və ya video materiallar məlumatlar inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək üçün mötəbər deyil. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan yol patrul xidməti inspektoru tərəfindən qeydə alınmış video görüntüyə (CD disk) baxış keçirilənkən görüntüdəki nəqliyyat vasitələri sırasında "Hyundai Accent" markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili müşahidə etmək mümkün olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-201/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-201/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver