Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-203/2021 28.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki regional ərazi şöbəsinin baş əmək müfəttişi X1 iştirakı ilə, Ərizəçi "xxxx" MMC-nin icraçı direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 19 saylı region üzrə X4 02 mart 2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 09 mart 2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və 1500 (bir min beş yüz) cərimənin hesabından silinməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi "xxxx" MMC-nin icraçı direktoru X7 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 19 saylı region üzrə X4 02 mart 2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 09 mart 2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və 1500 (bir min beş yüz) cərimənin hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmişdir. Lakin "xxxx" MMC-nin icraçı direktoru X7 19.04.2021-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 19 saylı region üzrə X4 02 mart 2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 09 mart 2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və 1500 (bir min beş yüz) cərimənin hesabımdan silinməsi barədə qərar qəbul edilməsi üçün Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)- 203/2021 saylı inzibati xəta haqqında işin iclası 21 aprel 2021-ci il saat 11:30-a təyin edilmişdir. Bildirirəm ki, rəhbərlik etdiyim müəssisədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 255.1-ci maddəsində təsbit olunmuş qanun pozuntusu adı altında 19 saylı region üzrə X8 «xxxx» MMC-nin vəzifəli şəxsi qismində mənim barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat inzibati cərimə edilmişdir. 19 saylı region üzrə X8 eyni əsaslarla hüquqi şəxs kimi «xxxx» MMC barəsində 02 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə göndərilməsi barədə qərar verilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 3(075)-139/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsi əsas götürülməklə «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Sözügedən qərar qanuni qüvvəsini almışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin icraçı direktoru X7 şikayət ərizəsində göstərmişdir ki, 26.10.2020-ci il tarixdə X8 Xidmətinə "xxxx" MMC-nin sığorta haqqını ödəmədiyi üçün icbari sığorta müqaviləsinə sığorta şirkəti tərəfindən birtərəfli qaydada xitam verildiyi barədə məlumat daxil olmuşdur. Lakin bununla bağlı X8 Xidməti tərəfindən heç bir inzibati araşdırma aparılmamışdır. Həmçinin, 23 fevral 2021-ci il tarixdə X5 "xxxx" MMC-də çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədikləri ilə bağlı təkrar məlumat daxil olmuşdur. İş materiallarında göründüyü kimi inzibati orqan "xxxx” MMC-də işləyən işçilərin 07 sentyabr 2020-ci il tarixdən 24 fevral 2021-ci il tarixədək olan dövr ərzində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi olmadan həmin müəssisədə fəaliyyət göstərmələri səbəbindən barəsində inzibati icraata başlamış və hazırkı nəticəyə gəlmişdir. Belə olan halda inzibati xətanın törədildiyi gün üç ay keçəndən sonra mən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsi qanunsuz olmuşdur. Bununla belə DƏMX qanunveriçiliyin tələblərinə zidd olaraq həmin inzibati xətanın aşkara çıxarıldığı gündən üç aydan çox müddət (4 ay 4 gün) keçdikdən sonra 02 mart 2021-ci ildə barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, bunun hüquqi əsası olmamışdır. Bundan əlavə həmin inzibati xəta haqqında protokol tərtib edildiyi 02.03.2021ci ildən 06 (altı) gün əvvəl, yəni 24.02.2021-ci il tarixdə artıq "xxxx" MMC ilə digər sığortaçı arasında müəssisədə işləyən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdı. Belə olan halda barəmdə inzibati xəta haqqında protokol tərtib edilərkən, ümumiyyətlə inzibati xəta hadisəsi mövcud olmamışdır. Şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə izahat verərək göstərmişdir ki, «xxxx» MMC-də çalışan işçilər 07 sentyabr 2020-ci il tarixdən 24 fevral 2021-ci il tarixədək olan dövrdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişlər. “xxxx” ASC 26 oktyabr 2020-ci il tarixdə X8 Xidmətinə müraciət edərək, “xxxx” ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilatın 2020-ci il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrə “xxxx” ASC tərəfindən xitam verildiyi bildirilmiş, xitam olunmuş müqavilələrin digər həyat sığortası təşkilatlarında sığortalı olub-olmadığının dəqiqləşdirilməsi və qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan başqa 23 fevral 2021-ci il tarixdə X8 Xidməti tərəfindən 19 saylı region üzrə X5 müraciət edilərək, «xxxx» MMC işçilərlə icbari sığorta müqaviləsi bağlamadığından barəsində 5 iş günü ərzində inzibati iş üzrə araşdırma aparılması tövsiyə edilmişdir. Qeyd olunan hallara görə müəssisədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 255.1-ci maddəsində təsbit olunmuş qanun pozuntusu aşkarlanmışdır. Odur ki, aşkar olunmuş pozuntu halına görə tərəflərindən "xxxx" MMC-nin icraçı direktoru X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat inzibati cərimə edilmişdir. Hesab edir ki, tərəflərindən tərtib edilmiş 02 mart 2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 09 mart 2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki regional ərazi şöbəsinin baş əmək müfəttişi X6 da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş 02 mart 2021-ci il tarixli, MN-0687869 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş 09 mart 2021-ci il tarixli, MN-0647269 nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-də çalışan işçilər Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbi pozularaq 07.09.2020-ci il tarixdən 24.02.2021-ci il tarixədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişlər. Bu səbəbdən də "xxxx" MMC-nin icraçı direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. İşdə olan “Paşa Həyat” Sığortanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəisinə ünvanladığı 26 oktyabr 2020-ci il tarixli məktubdan aydın olur ki, «xxxx» MMC-nin sığorta haqqını ödəmədiyi üçün icbari sığorta müqaviləsinə sığorta şirkəti tərəfindən birtərəfli qaydada xitam verildiyi barədə məlumat daxil olmuşdur. İşdə olan 23 fevral 2021-ci il tarixli məktubdan görünür ki, 19 saylı region üzrə X5 «xxxx» MMC-də çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədikləri ilə bağlı təkrar məlumat daxil olmuşdur. Məhkəmə şikayətçi və onun vəkilini dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İşə əlavə edilmiş “Paşa Həyat” sığortanın 26 oktyabr 2020-ci il tarixli məktubundan məlum olur ki, həmin tarixdə X8 Xidmətinə «xxxx» MMC-nin sığorta haqqını ödəmədiyi üçün icbari sığorta müqaviləsinə sığorta şirkəti tərəfindən birtərəfli qaydada xitam verildiyi barədə məlumat daxil olmuşdur. Həmçinin, 23 fevral 2021-ci il tarixdə 19 saylı region üzrə X5 «xxxx» MMC-də çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədikləri ilə bağlı təkrar məlumat daxil olmuşdur. Göründüyü kimi “xxxx” MMC-də işləyən işçilərin 07 sentyabr 2020-ci il tarixdən 24 fevral 2021-ci il tarixədək olan dövr ərzində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi olmadan həmin müəssisədə fəaliyyət göstərmələri, başqa sözlə «xxxx» MMC tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi aydın şəkildə görünür. Deməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki regional ərazi şöbəsinin "xxxx" MMC-nin icraçı direktoru X3 inzibati xəta törətməsindən artıq 26.10.2021-ci il tarixdə məlumatı olmuşdur. Lakin X8 Xidmətinin Şəki regional ərazi şöbəsi 3 ay ərzində ona məlum olan inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda 3 aylıq müddət ötürüldükdən sonra yəni, 26.01.2021-ci ildən sonra 02.03.2021-ci il tarixdə inzibati protokol tərtib etmişdir. Bununla da «xxxx» MMC-nin inzibati xətanın törədildiyi məlum olduğu gündən üç ay keçəndən sonra inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsi qanuni və əsaslı olmamışdır. İXM-in 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən isə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Ancaq qanunvericiliyin qeyd olunan tələbinə baxmayaraq, protokol tərtib edən orqan həmin inzibati xətanın aşkara çıxarıldığı gündən üç aydan çox müddət yəni 4 ay 4 gün keçdikdən sonra 02.03.2021-ci ildə «xxxx» MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X2 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin icraçı direktoru X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 19 saylı region üzrə X4 02 mart 2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 09 mart 2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. "xxxx" MMC-nin icraçı direktoru X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 19 saylı region üzrə X4 02 mart 2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 09 mart 2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-203/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-203/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver