Məhkəmə qərarları › İş №3(075)-203/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-203/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-203/2022 08.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 2002-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 08 aprel 2022-ci il tarixdə saat 04:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan səsküy salmışdır. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X11 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 08.04.2022-ci il larixdə təxminən saat 04:00 radələrində Şəki şəhəri V.İbrahimov küçəsində “Şəkistore”nin qarşısında YPX-nın inspektoru, polis baş serjantı Quliyev Azər və Nuran Cavadlı birlikdə Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmətdə olduqları zaman “Mercedes” markalı Az **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün onlar tərəfindən saxlanılmışdır. Polis baş serjantı Nuran Cavadlı həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüdən sənədlərini istədikdə məlum olmuşdur ki, sürücü sürücülük vəsiqəsi olmadan avtomobili idarə edir. Polis əməkdaşları sürücüyə və avtomobilin sahibinə protokol tərtib etdikləri zaman avtomobildə olan digər sərnişinlər onların protokol tərtib etməklərinə maneçilik törədərək nümayişkəranə və yaxınlıqda yaşayan sakinlərin dincliyin pozmaqla ucadan ünvansız nalayiq ifadələr işlədərək polis əmkədaşlarına və onların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşlar. Polis inspektorları onları dələlərlə nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Belə olduqda polis inspektorları həmin ünvana post-patrol xidməti əməkdaşlarını dəvət etmiş, daha sonra həmin şəxsləri polis şöbəsinə dəvət etmiş və raportla növbətçi hissəyə təhvil verilmişdir. Polis şöbəsində həmin şəxslərin Şəki şəhər sakinləri X8, X12, X6 və X2, habelə DSX-nin Şəki şəhər dəstəsi əməkdaşları X10 və X13 olması müəyyən olunmuşdur. Sürücü və sərnişinləri alkotestr müayinəsindən keçirilərkən X9, X10, X13, X12 və X1 olmaları məlum olmuşdur. Şəxs 08.04.2022-ci il tarixdə saat 04:30-da Şəki ŞRPŞ-nə gətirilmiş və barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə, təxminən saat 04:00 radələrində Şəki şəhəri, V.İbrahimov küçəsində “Şəkistore”nin qarşısında tanışları X8, X12, X6 və X2, X10 və X13 ilə birlikdə Şabanov Seymura məxsus “Mersedes” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman YPX əməkdaşları saxla işaqrəsi verərək avtomobili saxlatmışlar. Tanışları ilə qonaqlıqda olmuş, o özü də 50 qram araq içmişdir. Yeganə araq qəbul etməyən Gülbənis olmuş, digərləri sərxoş olmuşlar. Həmin vaxt avtomobili X2 idarə etmişdir. Polis əməkdaşları onları saxlayan zaman məlum olmuşdur ki, X2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Həmin vaxt Maarif Lətifov polis əməkdaşlarından Gülbənizin qanunsuz avtomobil idarə etməsinin onlara kimin məlumat verdiyi soruşduqda, polis əməkdaşları Maarifə elə onun özü olduğunu bildirmişdir. Həmin zaman Maarif və Farizlə YPX əməkdaşları arasında mübahisə yaranmışdır. Həmin vaxt o, özü maşında oturmuş, yerə düşməmişdir. Lakin sonradan mübahisnin daha kəskin hal almasını, həmçinin Sünbülün ucadan “boğulub oldu etməyin” çığırtısını eşidib yerə düşmüşdür. Bu zaman Azər adlı polisin Maarifin boğazından qucaqlayıb YPX avtomobilinin içərisində saxlamağa çalışmışdır. YPX avtomobilinə yaxınlaşıb, avtomobilin arxa qapısını açaraq polis əməkdaşına “boğulub öləcək” deyərək Maarifi buraxmasını demişdir. Polis əməkdaşı isə avtomobilin qapısını örtməsini və onun işinə mane olmamasını bildirmişdir. Həmin vaxt digər polis əməkdaşı isə digərlərini sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Lətifov Maarif YPX əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. O, mübahisəyə son qoymaq üçün onları aralamağa çalışmışdır. Bundan sonra həmin yerə Post Patrul Xidmətinin əməkdaşları gəlmiş və onları Şəki ŞRPŞ-nə aparmışlar. Bildirmişdir ki, Vətən müharibəsi başlayanda 9 ayın əsgəri olmuş, müharibədə Daşkəsən, Murovdağ və Kəlbəcər istiqamətində iştirak etmiş və Kəlbəcərdən də ehtiyata təxris olunmuşdur. Əməlindən peşman olduğunu bildirmiş, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 08.04.2022-ci il tarixdə təxminən saat 04:00 radələrində Şəki şəhəri V.İbrahimov küçəsində “Şəkistore”-nin qarşısında YPX-nın inspektoru, polis baş serjantı Azər Quliyevlə birlikdə Az **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olduqları zaman “Mercedes” markalı Az **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. O, həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüdən sənədlərini istədikdə məlum olmuşdur ki, sürücü sürücülük vəsiqəsi olmadar avtomobili idarə edir. Sürücüyə və avtomobilin sahibinə protokol tərtib etdikləri zaman avtomobildə olan digər sərnişinlər protokol tərtib elməklərinə maneçilik törədərək nümayişkəranə və yaxınlıqda yaşayan sakinlərin dincliyini pozmaqla ucadan ünvansız nalayiq ifadələr işlədərək onların işlərinə mane olmuşlar. Onlar həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Belə olduqda onlar həmin ünvana post-patrul xidməti əməkdaşlarını dəvət etmişlər. Daha sonra həmin şəxsləri polis şöbəsinə dəvət etmiş və raportla növbətçi hissəyə təhvil verilmişdir. Polis şöbəsində həmin şəxslərin Şəki şəhər sakinləri X8, X12, X6 və X2, habelə DSX-nin Şəki şəhər dəstəsi əməkdaşları X10 və X13 olmaları müəyyən olunmuşdur. Sürücü və sərnişinlər alkotestr müayinəsindən keçirilərkən X8, X10, X13, X12 və X1 olmaları məlum olmuşdur. Şəxs həminvaxt aktiv iştirakçı olmasa da onların qanuni tələblərinə mane olaraq tabesizlik göstərmişdir. Sonradan onun Vətən Müharibəsi iştirakçısı olmasını bilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında şəxsin əməlindən səmimi peşman olmasını bildirdi, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar