Məhkəmə qərarları › İş №3(075)-204/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-204/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-204/2021 07.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Azərbaycan Respublikasının Qida X5 regional bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən tərtib edilmiş MN № ******* saylı, 12.02.2021-ci il tarixli protokolun və MN № ******* saylı, 24.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 müdafiəçisi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasımın Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN № ******* saylı, 12.02.2021-ci il tarixli protokol və MN № ******* saylı, 24.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində X2na məlumat verilməsinə, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə elektron “sms“ göndərilməsinə, həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə yaradılaraq məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, X2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən “Medalyon Pub” adlı pub-restoranı ********** saylı VÖEN əsasında işlədir. Fəaliyyət göstərdiyi “Medalyon Pub” adlı pub-restoran NK-nin müəyyən etdiyi Qaydalara uyğun fəaliyyət göstərir. 12.02.2021-ci il tarixdə axşam saat təxminən 19-20 radələrində bir qrup şəxs restorana daxil olaraq özlərini təqdim edərək X3 işçiləri olduqlarını bildirmişlər. Həmin vaxt restoranda stolstulların düzülüşü vaxtı ara məsafə gözlənilmiş, sanitar-gigiyena qaydalarına riayət edilmiş, spirt və maskadan istifadə edilmiş, daxil olan şəxslərin tempraturu yoxlanılmış, restoranda stollarda oturan şəxslərin sayı NK-nın qərarında nəzərdə tutulmuş adam sayından artıq olmamışdır. Lakin restoranda adambaşına müəyyən edilən sıxlıq normasının pozulmasını əsas gətirərək, işçilərlə mübahisə etmiş, işçilər isə qaydaları pozmadıqlarını bildirmişlər. Bundan sonra X3 işçiləri protokol tərtib edəcəklərini bildirirək həmin yerdən getmişlər. O, həmin vaxt kənarda olduğundan ona sonradan bu barədə telefon vasitəsi ilə məlumat verilmişdir. 24.02.2021-ci il tarixdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən tərtib edilmiş MN ******* saylı, 24.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ona poçt vasitəsi ilə 05.03.2021 -ci il tarixdə təqdim edilmişdir. O, həmin qərara əsasən 4000 (dörd min) manat cərimə edilmişdir. Fəaliyyət göstərdiyi obyektdə hər hansı bir karantin rejimi qaydasının pozuntusu baş verməmişdir. Bundan əlavə, əgər fəaliyyət göstərdiyi obyektdə hər hansı bir karantin rejimi qaydasının pozuntusu baş vermişdirsə, o zaman həmin faktı təsdiq edən fotoşəkillər onlara təqdim olunmalı idi. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən barəsində inzibati xəta haqında protokol tərtib olunarkən, onun məlumatı olmamış, protokol tərtib edilərkən, ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, ona həmin inzibati xəta haqqında protokolun surəti verilməmiş, həmçinin həmin protokol tərəfindən imzalanmamışdır. Bundan əlavə, həmin protokolda qeyd edilmişdir ki, guya o, imzalamaqdan imtina etmişdir. Əgər o, həmin protokolu imzalamaqdan imtina elmişdirsə, imtinanın səbəblərini göstərməli, izahatını verməli və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etməli idi. Lakin onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan məlumatı olmadığı üçün orada onun adından qeyd edilənlər də tamamilə yanlışdır. Beləliklə, barəsində natamam və qüsurlu protokol tərtib edildiyindən, həmin protokola mahiyyəti üzrə baxıla bilməz. Ona görə də hesab edir ki, onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Qida Təhltikəsizliy Agentliyi Bakı regional bölməsi tərəfindən tərtib edilmiş MN № ******* saylı, 12.02.2021-ci il tarixli protokolu və MN № ******* saylı, 24.02.2021-ci il tarixli inzibat: tənbeh vermə haqqında qərarı ləğv edilməli və məhkəmə protokolun və və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Qida X5 regional bölməsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, Azərbaycan Respublikasının Qida X6 regional bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu, Mətbuat pr. ev 35 E-də fəaliyyət göstərən “Medalyon Pub”-a baxış keçirilmişdir. Baxış zamanı sözügedən “Medalyon Pub”-da karantin rejimi qaydalarına əməl olunmadığı, iaşə obyektində olan stullar və masalar arasında ara məsafəsi qanunvericiliklə müəyyən edilmiş qaydada olmadığı müəyyən olunmuşdur. Baxış zamanı əməkdaşları tərəfindən telefonla videoçəkiliş edilmiş, həmçinin inzibati xəta pozuntusunu əks etdirən fotoşəkillər çəkilmişdir. Həmçinin göstərmişdir ki, 12.02.2021-ci il tarixdə inzibati xəta pozuntusu aşkar edilən zaman “Medalyon Pub”-in məsul şəxsi Könül Babayevanın iştirakı ilə “AKT” tərtib edilmiş, həmin aktı onların əməkdaşları tərəfindən imzalansa da “Medalyon Pub”-in məsul şəxs Könül Babayeva akta imza etməkdən imtina etmişdir. Qeyd etmişdir ki, 12.02.2021-ci il tarixdə “Medalyon Pub”-a baxış zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyul 2020-ci il tarixli 237-saylı qərarın tələblərinə riayət edilmədiyi aşkar edilmişdir. “Medalyon Pub”-in çəkilmiş fotolardan da göründüyü kimi “Medalyon Pub”-da karantin rejim qaydalarının pozulması aşkar edildiyindən fərdi sahibkar X8 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, müvafiq qərarla 4000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar həmin zaman baş vermiş inzibati xətanı ehtiva edir. Buna görə də şikayəti əsaslı hesab etmirlər və onun təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən tərtib edilmiş 12 fevral 2021-ci il tarixli MN ******* seriya nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş 24 fevral 2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X8 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 4000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə 12.02.2021-ci il tarixli AKT-la təsdiq olunur ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat pr. ev 35E-də fəaliyyət göstərən “Medalyon Pub”da olan masalar arasında saxlanılmalı olan 2 metr və stullar arasında saxlanılmalı olan 1 metr ara məsafəsinin saxlanılmamaşdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat pr. ev 35E-də fəaliyyət göstərən “Medalyon Pub”da olan masalar arasında saxlanılmalı olan 2 metr və stullar arasında saxlanılmalı olan 1 metr ara məsafəsi saxlanılmamış və bununla da karantin rejimi qaydaları pozulmuşdur. İşə əlavə edilmiş “CD” diskini izlədikdə aydın olur ki, məhkəməyə təqdim edilən foto şəkillərdəki görüntülər “Medalyon Pub”ın içərisini əks etdirən video görüntülər fonu ilə eynidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 İXM-nin 211.1-ci maddəsinin tələblərini pozması iş materialları, CD disklə, foto şəkillərlə və 12.02.2021-ci il tarixli AKT-la onun sahibliyində olan Medalyon Pubda karantin rejimi qaydalarının pozulması öz əksini tapır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən X8 tərtib edilmiş 12 fevral 2021-ci il tarixli MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 24 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasımın Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN № ******* saylı, 12.02.2021-ci il tarixli protokol və MN № ******* saylı, 24.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasımın Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN № ******* saylı, 12.02.2021-ci il tarixli protokol və MN № ******* saylı, 24.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsibarədə şikayət ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar