Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-207/2021 21.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X9 oğlunun iştirakları ilə, X1 barəsində tərtib olunmuş Şəki rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən ona yazılmış TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, işin icraatına xitam verilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən ona yazılmış TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə Şəki ŞRPŞ DYPB əməkdaşları Şəki şəhəri ərazisində reyd aparan onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. Avtomobilini dayandırmış, polis əməkdaşının tələbi üzrə sənədlərini ona təqdim etmişdir. Həmin vaxt polis əməkdaşı ona təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı törətdiyi xətanı ona izah etmişdir. Polis əməkdaşı YPX avtomobilinin yanında ona protokol tərtib etməməsini xahiş etmiş, lakin polis əməkdaşı israr etdikdə həmin əməkdaşdan ona vaxt verilməsini rəislə danışmaq istədiyini bildirmişdir. Bundan sonra xidmət yerində olan bölmə rəisinə yaxınlaşmış, lakin “rəis ona kəmər taxmısansa yazmaz” demişdir. Bundan sonra təkrar polis serjantının yanına qayıtmışdır. Bundan sonra barəsində protokol tərtib edilmiş, etiraz etməmiş və protokolu imzalamışdır. Bildirmişdir ki, əslində o təhlükəzlik kəmərindən istifadə etmişdir. Ərizəsini müdafiə etmişdir. Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə o və digər Şəki ŞRPŞ DYPB əməkdaşları Şəki şəhəri ərazisində reyd aparan zaman bir nəfər sürücünün təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil idarə etdiyini görmüş və həmin avtomobilə saxla işarəsi vermişdir. Avtomobil dayandıqdan sonra sürücü avtomobildən düşmüş və o, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş törətdiyi xətanı ona izah etmişdir. Bundan sonra isə sürücü ona bölmə rəisi ilə danışmasını və əgər bölmə rəisi icazə verərsə inzibati xəta haqqında protokol tərtib etməməsini ondan xahiş etmişdir. Bundan sonra sürücü rəisin yanına getmiş və bir müddət sonra onun yanına qayıtmişdir. Rəis isə sürücüyə inzibati xəta haqqında protokol tərtib edilməməsi barədə hər hansı fikir bildirmədiyi, həmçinin sürücünün “rəis dedi ki, kəmər taxmısansa yazmaz” deməsini nəzərə alaraq X5 barəsində İXM-nin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin vaxt sürücü ona kəmər taxmaması ilə bağlı hər hansı etirazını bildirməmiş, həmçinin protokol yazıb qurtardıqdan sonra sürücü protokola etiraz etməmiş, əksinə protokolla razılaşaraq onu imzalamışdır. Hesab edir ki, şikayət əsaslı deyildir. İşə ədalətlə baxılmasını və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, X5 məhkəməyə ünvanladığı ərizənin məzmununda göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Şəki şəhəri, M.Müşfiq küçəsi ilə hərəkət edərkən yol kənarında dayanmış Yol Patrul Xidməti avtomobilinin yanında, Şəki rayon Yol Patrul Xidməti inspektoru, polis baş çavuşu Samir ona saxla işarəsi verərək, onu yanına çağırmışdır. O, avtomobilə aid sənədləri götürərək polis əməkdaşına təqdim etmişdir. Polis baş çavuşu sənədləri yoxlamış və "sənədlərin düzgündür" cavabını vermişdir. Orada dayanan Şəki rayon Yol Patrul Xidmətinin rəisi, polis mayoru "Şamil hörmət edirmi? Etmirsə kəmər yaz" demişdir. Bununla əlaqədar onların mübahisələri olmuşdur. Polis əməkdaşı ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40,00 manat cərimə yazmışdır. Nəticədə Samir onu məcbur edərək inzibati tənbeh vermə haqqında TP-4207298 saylı qərara qol çəkdirmişdir. O, Yol Patrul Xidməti baş serjantı Samirin şantaj yolu ilə yazmış olduğu TP- 4207298 saylı qərara öz etirazını bildirir və qərarı qəbul etmir. O, inzibati xəta haqqında protokola Samirin polisə yaraşmayan şantaj hərəkətlərindən ehtiyat edib imza atmağa məcbur olmuşdur. X5 məhkəmə iclasında verdiyi izahatında ərizəsinin məzmununda göstərdiyi “polis baş çavuşu sənədləri yoxlamış və "sənədlərin düzgündür" cavabını vermişdir; Orada dayanan Şəki rayon Yol Patrul Xidmətinin rəisi, polis mayoru "Şamil hörmət edirmi? Etmirsə kəmər yaz" demişdir; bununla əlaqədar onların mübahisələri olmuşdur; nəticədə Samir onu məcbur edərək inzibati tənbeh vermə haqqında TP- 4207298 saylı qərara qol çəkdirmişdir.” ifadələrini təsdiq etməmişdir. Protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən CD diski izlədikdə və dinlədikdə qeyd edilən ifadələrin diskdə öz əksini tapmadığı müəyyən olunur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisə lentə alınmış CD diskindən görünür ki, X5 ŞRPŞ DYPB-nin YPX baş inpektoru, polis baş serjantı X6 tərəfindən Şəki şəhəri ərazisində saxlanılmış, polis əməksaşı sürücüyə törətdiyi inzibati xətanı izah etmiş və bu barədə sürücüyə inzibati xəta haqqında protokol tərtib etmişdir. Görüntülərdən aydın olur ki, X5 barəsində protokol tərtib edilən zaman polis əməkdaşına təhlükəzlik kəmərindən istifadə etməsi ilə bağlı hər hansı fikir bildirmir. Əksinə polis əməkdaşına rəisləri ilə danışmaq üçün vaxt verilməsini xahiş etmiş, ona vaxt verilmiş, sonradan polis əməkdaşının yanına qayıtmış və tərtib edilən inzibati xəta haqqında protokola hər hansı etiraz bildirməyərək sözügedən protokolu imzalamış və polis əməkdaşı ilə sağollaşaraq həmin yerdən uzaqlaşmışdır. Görüntülərdən də göründüyü kimi polis əməkdaşı X4 onu ərizəsində göstərdiyi qaydada protokola imza etməsi üçün şantaj etməmiş və ya onu protokola imza etməyə məcbur etməmişdir. Bütün yuxarıda şərh edilənlər məhkəməyə onu deməyə əsas verir ki, X5 reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməmişdir. İşdə olan ŞRPŞ DYPB-nin YPX baş inpektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP-3795377 nömrəli inzibati xəta haqqında protokoldan və onu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP-4207298 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 329.1-ci maddəsinin tələblərini pozduğuna 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 İXM-nin 329.1-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Bundan başqa iş materiallarından, SD diskdən məlum olur ki, X5 protokol üzrə inzibati xəta törətmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP-3795377 nömrəli inzibati xəta haqqında protokon və onu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP-4207298 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 Şəki rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən ona yazılmış TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, işin icraatına xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Şəki rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X6 tərəfindən ona yazılmış TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, işin icraatına xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-207/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-207/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver