Məhkəmə qərarları › İş №3(075)-207/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-207/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-207/2022 13.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 219/2021 nömrəli, 16.03.2021-ci il tarixli icra sənədinə əsasən X4 və X2 Röyal Haqqı oğluna məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri Bağbanlar küçəsi ev 17) evdən əşyaları ilə birlikdə çıxarılmalı, Şəxs cəmi 4400 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq X5 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-219/2021 nömrəli, 16.03.2021-ci il tarixli icra sənədinə əsasən X4 və X2 Röyal Haqqı oğluna məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri Bağbanlar küçəsi ev 17) evdən əşyaları ilə birlikdə çıxarılmalı, Şəxs cəmi 4400 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq X5 verilməlidir. Qeyd olunan icra sənədi üzrə 04.11.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün tərəflərə 10 gün müddətində vaxt verilmişdir. X4 və X2 Röyal Haqqı oğluna məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı evdən çıxmış, lakin Şəxs tərəfindən icra sənədi üzrə 4400 ABŞ dolları borc ödənilməmişdir. Könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Halhazırki tarixə icra sənədi üzrə borcu Şəxs icra sənədi üzrə 4400 ABŞ dolları məbləğində borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən, yəni 04.11.2021-cı ildən hal-hazırki tarixə qədər ona edilən xəbərdarlıqlara məhəl qoymamış icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. 13.04.2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatında hal-hazırda icra sənədi üzrə borc məbləğini tam olaraq ödəyə və ya əsaslı ödəniş edə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs 13 aprel 2022-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da o, məhkəməyə gətirilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-219/2021 nömrəli, 16.03.2021-ci il tarixli icra sənədinə əsasən X4 və X8 ona məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri Bağbanlar küçəsi ev 17) evdən əşyaları ilə birlikdə çıxarılmalı və ondan cəmi 4400 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq X5 verilməlidir. İcra sənədlərindən məlumatı vardır. X1 və X8 5-6 ay olar ki, ona məxsus olan evdən əşyaları ilə birlikdə çıxmışlar. Maddi imkanı aşağı olduğu üçün icra sənədində tələb olunan məbləği ödəyə bilməmişdir. Bildirmişdir ki, hazırda o, Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzində dezinfektor işləyir, aylıq 350 manat əmək haqqı alır. Bundan başqa gündəlik gəliri yoxdur. Maddi vəziyyəti ağırdır. Hal-hazırda icra tələbi üzrə borcunu tam olaraq ödənilməsinə maddi imkanı yoxdur. Borc məbləğinin aldığı əmək haqqı məbləğindən tutulmasını istəyir. Tələbkarla münasibətləri yaxşı olmadığı üçün razılıq əldə etmək imkanı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, 13.04.2022-ci il tarixdə 12:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 13 aprel 2022-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 13 aprel 2022-ci il tarixdən, saat 12:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 13 aprel 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 13 aprel 2022-ci il tarixdə, saat 12:00 hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar