Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-208/2023 13.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi üleymanov Səməd Nadir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş YPX inspektoru, polis baş serjantı X5, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs, müdafiəçi X4 iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə Qazax rayonunun 2-ci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Qazax rayonunun 2-ci Şıxlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs sürücülük hüququ olmadan 06 yanvar 2023-cü il tarixdə, saat 15:20 radələrində Şəki-Giriş avtomobil yolunun 12-ci kilometrliyində, Şəki rayon sakini X3 xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, əməlindən peşmandır. Ona görə də, ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həblə bağlı olmayan cərimə cəzasının verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş YPX inspektoru, polis baş serjantı X9 bildirdi ki, 22 baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırılma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan onun barəsində protokol tərtib edilmişdir. Ona görə də, Şəxs oğlunun qeyd edilən maddələrin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş 31 yanvar 2023-cü il tarixli məktubun surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərarı ilə Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 15 fevral 2023-cü il tarixədək məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin 06 fevral 2023-cü il tarixli, 21 nömrəli rəyinin surətindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: onurğanın bel-oma nahiyəsinin kapsul bağ aparatının gərilməsi, yumşaq toxumaların əzilməsi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X1 Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 22 fevral 2023 il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq оlunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs özünün də təsdiq etdiyi kimi 06 yanvar 2023-cü il tarixdə onun təqsirli hərəkəti nəticəsində qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Bundan başqa məhkəmə qeyd etməyi vacib hesab edir ki, şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün məhkəməyə təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1 inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Hazırkı iş üzrə Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Buna baxmayaraq YPX əməkdaşı tərəfindən Şəxs barəsində protokol, 22 fevral 2023-cü il tarixdə tərtib olunsa da, həmin protokol baxılması üçün 20 gün ötdükdən sonra, yəni 13 mart 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuş, bununla da qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-208/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-208/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver