Məhkəmə qərarları › İş №3(075)-21/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-21/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-21/2024 31.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X4nın, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X8 iştirakı ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, bərəsində tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilən 25 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildən Şəki şəhəri 5 nömrəli uşaq bağçasında müəllim kimi işə başlamışdır. 2014-cü ildən Şəki şəhəri 5 nömrəli uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən bu günə kimi nöqsansız fəaliyyət göstərmiş 07 mart 2023-cü ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən 3 ay müddətinə Şəki şəhər 16 nömrəli uşaq bağçasının müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Həmin tarixdən hər dəfə həmin vəzifənin ona həvalə edilməsi 3 aylıq müddət çərçivəsində artırılmışdır. 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinə dəvət edilmişəm. Şöbədə olarkən həmin vaxt Şəki şəhər 16 nömrəli körpələr evi-uşaq bağçasında təsərrüfat müdiri vəzifəsində işləyən X6 vəzifəsinə uyğun işləməsi üçun lazımi qaydada şərait yaradılmadığından şikayət etdiyi bildirilmişdir. Tərəfindən müvafiq izahatlar verilmiş, həmçinin aparılmış araşdırma nəticəsində göstərilən xüsusatların yalan olması öz təsdiqini tapmışdır. Daha sonra 20 dekabr 2023-cü il tarixli, 3-17-5/2-M-52409/2023 nömrəli bildirişlə 25 dekabr 2023-cü il tarixə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsinə dəvət edilmişdir. Həmin bildirişdə onun barəsində 20 dekabr 2023-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edildiyi göstərilmişdir. Yenidən şöbəyə getdikdə ona 2023-cü ilin sentyabr ayında X6 işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən təsərrüfat müdiri kimi əmək müqaviləsi bağlandığı bildirilmişdir. İzah tələb etdikdə ona X9 ilə 01 sentyabr 2023-cü ildə əmək müqaviləsi bağlandığı halda həmin əmək müqaviləsinin sistemə gec vurulduğu bildirilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərar ona təqdim edilmişdir. Həmin qərarla tanış olarkən ona məlum olmuşdur ki, barəsində tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokola 25 dekabr 2023-cü ildə Şəki şəhərində baxılaraq müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabr ayında X9 ilə işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən təsərrüfat müdiri kimi əmək müqaviləsi bağlanmışdır. Nəticədə güya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə mənə 4000 (dörd min) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə MN № ******* nömrəli qərar qəbul edilmişdir. Bildirmişdir ki, həmin qərarın qəbul edilməsinə əsas kimi 2023-cü ilin sentyabr ayında X9 ilə işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən təsərrüfat müdiri kimi əmək müqaviləsi bağlanması göstərilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır. Belə ki, o, izahatı alınarkən, bildirmişdir ki, onun işlədiyi bağçaların heç biri internet şəbəkəsi ilə təmin edilməmişdir. Həmçinin iş yükünün çoxluğu ilə əlaqədar əmək müqaviləsi sistemə gec vurulmuşdur. Həmin müddət ərzində işçinin heç bir etirazı olmamışdır. Onun tərəfindən 01 sentyabr 2023-cü ildə verilmiş 22 nömrəli əmrlə X5 şəhər 16 nömrəli uşaq bağçasında vakant olan 0.5 ştat vahidi təsərrüfat müdiri vəzifəsinə 01 sentyabr 2023-cü ildən 3 ay müddətinə 01 dekabr 2023-cü il tarixədək müddətli müqavilə əsasında işə götürülmüşdür. X9 özözlüyündə ona həvələ edilmiş işləri lazımi qaydada yerinə yetirməmiş, həmişə işçilər arasında narazılıq və söz-söhbətlər yaratmış, bağçanın normal iş fəaliyyətini pozmuşdur. Bununla bağlı dəfələrlə işçilər tərəfindən aktlar tərtib edilmişdir. Ölkədə hər təhsil ili demək olar ki, sentyabr ayından başlanır. Yəni işçilərin işə götürülməsi, əmək müqavilələrinə xitam verilməsi, əmək müqavilələrinə dəyişiklik edilməsi bir çox hallarda hər ilin sentyabr ayına təsadüf edir. Həmin müqavilələr və dəyişikliklər də. hər biri ƏMAS-da yerləşdirilir. Bu da öz-özlüyündə sistemin hədsiz yüklənməsinə və fəaliyyətində müəyyən çətinliklərə gətirib çıxarır. Həmçinin iddia olunduğu kimi əmək müqaviləsinin ƏMAS-da gec yerləşdirilməsi işçinin X6 hər-hansı bir hüququnu pozmamış, işlədiyi bütün dövrlər üzrə onun əmək haqqısı ödənilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin qərarında 2023-cü ilin sentyabr ayında X9 ilə işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən təsərrüfat müdiri kimi əmək müqaviləsi bağlanması göstərilsə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin inzibati xəta kimi müəyyən etdiyi fakt aşkarlana kimi artıq həmin hal onun tərəfindən aradan qaldırılmışdır. Onun əməlində inzibati xəta tərkibi olsa belə, həmin məsələ qərar qəbul edilənə kimi onun özü tərəfindən aradan qaldırılmışdır. Bu səbəbdən hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun qanunun hazırki normasında məlumatı olmaya bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin özü onlara bu barədə məlumat verməli və nəzərə almalıdır. Eyni zaman cərimə olunanda onun maddi vəziyyəti nəzərə alınmamışdır. Bu səbəbdən hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki regional ərazi şöbəsinin X12 şikayət ərizəsinə etiraz edərək, bildirmişdir ki, Elnur Abdullayevin müraciəti ilə bağlı aparılan araşdırma zamanı bağça müdiri Aygün Mahmudova tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Belə ki, işçi əmək şəraitinin yaradılmaması və digər hallar üzrə müraciət etmişdir. Əmək müqaviləsi tərəflər arasında əmək münasibətlərini tənzimləyən hüquqi sənəddir. Əmək müqaviləsi yazılı formada bağlanılır. Tərəflər imzalayaraq 2 nüsxə tərtib edilməklə, bir nüsxəsi işəgötürəndə qalmaqla, digər nüsxə işçiyə təqdim edilir. Müqavilə imzalandıqdan sonra ƏMAS-də qeydiyyata alınmaqla hüquqi qüvvə alması təmin edilir. Lakin hazırki iş üzrə işçi ilə bağlanmış əmək müqaviləsi işçi ilə razılaşdırılmamış və şəxsin imzası əmək müqaviləsində yoxdur. Bu da işəgötürənlə işçi arasında əmək şəraitinin şərtlərinin razılaşdırılmadığını sübut edir. Eyni zamanda E.Abdullayev xx.xx.2023-cü il tarixdən işləməsinə baxmayaraq onun işə qəbul edilməsi ilə bağlı məlumatlar ƏMAS-nə xx.xx.2023-cü il tarixdə daxil edilmiş və hüquqi qüvvə almışdır. Nəticə olaraq işçi 27 gün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir ki, bu da İXM-nin 192.1-ci maddəsinin dispozisiyasını tamalayır. Bundan əlavə işçi xx.xx.2023-cü il tarixdə işdən azad edilən zaman son haqq-hesabı düzgün hesablanmamış və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi 2023-cü ilin dekabr ayında işdən azad edilərkən, yəni 3 ay sonra ödənilmişdir ki, bu da İXM-nin 192.4cü maddəsinin dispozisiyasını tamamlayır. Qeyd olunanları nəzərə alaraq Aygün Mahmudova barəsində İXM-nin 192.1 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Aygün Mahmudova barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haaqqında Qərar qəbul edilməklə barəsində 4000.00 manat məbləğində inzibati tənbeh növü olan cərimə tətbiq edilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Şikayət ərizəsinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X14 Xidməti tərəfindən tərtib edilmiş 20 dekabr 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəki şəhər 16 nömrəli uşaq bağçasının müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X14 Xidməti tərəfindən qəbul edilmiş 25 dekabr 2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 şəhər 16 nömrəli uşaq bağçasına təsərrüfat müdiri vəzifəsinə işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəki şəhər 16 nömrəli uşaq bağçasının müdiri vəzifəsini icra edən Aygün Mahmudovanın 01 sentyabr 2023-cü il tarixli, 22 nömrəli əmrindən görünür ki, Şəki şəhər 16 nömrəli uşaq bağçasında vakant olan 0,5 ştat vahidi təsərrüfat müdiri vəzifəsinə 01 sentyabr 2023-cü il tarixdən X9 üç ay müddətinə xx.xx.2023-cü il tarixədək müddətli müqavilə ilə 0,5 ştat vahidi təsərrüfat müdiri təyin edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X4 şikayət ərizəsində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, X7 şikayətinə münasibət bildirərək qeyd edir ki, ərizəçi X2 Elnur Ələkbər oğlu ilə 01 sentyabr 2023-cü il tarixdə bağladığı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, əmək müqaviləsinin işə götürənlə işçi arasında 01 sentyabr 2023-cü il tarixdə bağlanmasına baxmayaraq əmək müqaviləsi elektron sistemə 27 sentyabr 2023-cü il tarixdə daxil edilmişdir. Göründüyü kimi əmək müqaviləsi 27 sentyabr 2023-cü il tarixdə hüquqi qüvvəyə minmişdir. Lakin işçi 01 sentyabr 2023-cü il tarixdə işləməyə başlamışdır. Bununla da ərizəçi tərəfindən İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsi X9 tərəfindən imzalanmamışdır. Bütün bu xüsusatlar X11 qızı tərəfindən İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulmasını təsdiq edir. Məhkəmə iclasında ərizəçi elektron sistemdə texniki problem yarandığı üçün əmək müqaviləsinin sistemə gec daxil etdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə ərizəçinin həmin arqumentlərinə tənqidi yanaşaraq hesab edir ki, şikayətçinin həmin arqumentləri əsaslı deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, X1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən barəsində qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar