Məhkəmə qərarları › İş №3(075)-21/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-21/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-21/2025 16.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi X1nun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi X9 iştirakları ilə X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, barəmdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 28 oktyabr 2024-cüil tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 3 (075)-1222/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərardadına əsasən, X10 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 tərəfindən qəbul edilmiş 28 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmış, X7 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X6 vəsatətlə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra X10 ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət verərək, qərardan şikayət verilməsi üçün qanunvericilikdə tələb olunan prosessual müddətin üzrlü səbəbdən buraxıldığı üçün bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 28 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan daha əvvəl şikayət vermişdir. Lakin şikayət ərizəsinin məzmununda qərarın tarixi texniki səhv olaraq 28 oktyabr 2023-cü il kimi qeyd edilmişdir. Həmin yanlışlığın aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət edərəkən ona məlum olmuşdur ki, Şəki Rayon Məhkəməsinin 3(076)-1222/2024 saylı xx.xx.2024 cü il tarixli qərardadı ilə şikayət vermək üçün prosessual müddətin ötürülməsi əsas gətirilərək şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Şəki X12 vəsatətlə müraciət etməyi tövsiyyə olunmuşdur. Lakin o hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 qərarından məhkəməyə şikayət etdiyi üçün buraxılmış müddətin bərpası ilə bağlı da məhkəməyə müraciət etməli olduğunu hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 28 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vaxtında şikayət etmişdir. Lakin şikayətin məzmununda texniki yanlışlıq səbəbindən qərarın tarixi "28 oktyabr 2024 cü il" əvəzinə "28 oktyabr 2023 cü il" kimi göstərilmişdir. Bununla bağlı yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə ərizə təqdim etmək üçün məhkəmənin dəftərxanasına müraciət edərkən şikayətinin geri qaytarılmasından məlumatı olmuşdur. Odur ki, ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Şəki X16 tərəfindən barəmdə qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 28 oktyabr 2024 cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün prosessual müddətin ötürülməmiş hesab edilərək şikayətinin icraata qəbul edilib mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə iclasında X1 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X8 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 28 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, o Tovuz rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur və iş yükü ilə əlaqədar olaraq gedibgəlmək çətinlik yaratdığından şikayət vermə müddətini ötürmüşdür. Barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024 cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi X13 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və həmin qərarın surəti, şəxsin ünvanına sifarişli poçt ilə göndərilmişdir. Göndərilmiş qərar şəxsin özü tərəfindən imzalanaraq xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən şəxs barəsində verilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bildiyi halda, qeyd olunan müddətə verməmişdir. Odur ki, şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, 28 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 fəaliyyət göstərdiyi müəssisədə çalışan 11 nəfər işçini xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbini pozaraq istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən icbari sığorta edilməsi ilə bağlı sığorta müqaviləsinin bağışlanmasını təmin etmədiyinə görə 1500 maant məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, MN ******* nömrəli, 28 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqan tərəfindən X5 yaşadığı ünvana göndərilmiş və həmin ünvanda 02 noyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xətalara dair işlər üzrə icraat cinayət prosesinə nisbətən sadələşmiş və qısamüddətli olduğuna görə apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd etmə haqqında qərardaddan şikayət və ya protest vermə hüququ nəzərdə tutulmamışdır. Lakin bu, inzibati xətalar haqqında işlər üzrə icraat prosesində subyektlərin öz hüquq və azadlıqlarını, habelə səlahiyyətlərinin icrası ilə əlaqədar qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edilməsinə əsas vermir. Belə olan halda apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd etmə haqqında qərardaddan şikayət və ya protest vermə hüququ təmin edilməlidir. Ona görə də cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilməsi yolu ilə inzibati xəta haqqında iş üzrə icraat prosesində iştirak edən subyektlərin öz hüquq və azadlıqlarını məhkəmədə müdafiə etmək hüququ təmin edilməlidir. Belə ki, apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətin rədd ediməsi haqqında qərardaddan apelyasiya şikayəti və ya protesti verilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3.-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, 28 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətini X10 02 noyabr 2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. X2 qanunla müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin 28 oktyabr 2024 cü il tarixli, MN ******* nömrəli qərarından şikayət verməmiş onun tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, həmin səbəblərin üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, X10 tərəfindən onun barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı alması, həmin qərar üzrə müəyyən olunmuş cəriməni ödəməsi və işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X10 tərəfindən onun barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar