Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-210/2022 15.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Şəki rayonu, Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan Şəki rayonu, Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-2545/2021-016 saylı, 12.03.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, 340 manat aliment tutularaq X3ma verilməli və aliment tutulmasının əvvəli 28.09.2020-ci il tarixdən hesablanmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-2545/2021-016 saylı, 12.03.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, 340 manat aliment tutularaq X3ma verilməli və aliment tutulmasının əvvəli 28.09.2020-ci il tarixdən hesablanmalıdır. Qeyd edilən icra sənədi 22.04.2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqarlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa borclunun qeydiyyatda olduğu Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən ünvanına yaşamadığı müəyyən edilmişdir. Çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclunun axtarılması barədə 06.07.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində 30.38.2021-ci il tarixdə 821173 nömrəli axtarış işi açılmışdır. Bildirmişdir ki, 15.04.2022-ci il tarixdə Şəki ŞRPŞ-nin polis əməkdaşları tərəfindən borclunun şöbəyə gətirilməsi təmin edilmiş, həmin tarixdə borclu Şəki rayonu üzrə İcra və probasiya Şöbəsində verdiyi izahatında hal-hazırki tarixədək icra sənədi üzrə borc məbləğindən heç bir ödəniş etmədiyini və yaranmış aliment borcunu hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hal-hazırda borclu Şəxs icra sənədi üzrə aliment borcu 6120 manat təşkil edir. Bildirmişdir ki, borclu axtarışla 15.04.2022-ci ildə saat 12:00-da İcra şöbəsinə gətirilmiş və sonra 16:00-da məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-2545/2021-016 saylı, 12.03.2021-ci il tarixli icra sənədinə əsasən ondan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, 340 manat aliment tutularaq X1 verilməli və aliment tutulmasının əvvəli 28.09.2020-ci il tarixdən hesablanmalıdır. İcra sənədlərindən məlumatı vardır. İşləmədiyi, maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən aliment məbləğini ödəməmişdir. Bildirmişdir ki, hazırda o, işləmir, alimenti ödəmək üçün maddi imkanı yoxdur. Ayın sonundan etibarən borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona möhlət verilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, o, 15.04.2022-ci il tarixdə 12:00da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 15 aprel 2022-ci il tarixdə saat 12:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 15 aprel 2022-ci il tarixdə saat 12:00-dan məhdudlaşdırıldığından onun həbsə alınmasının əvvəli 15.04.2022-ci ildə saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 15 aprel 2022-ci il tarixdə, saat 12:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-210/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-210/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver