Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-213/2021 27.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin xx xxxxx 2020ci il tarixli, MN-0075521 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin məktubunu almış və pensiyasına tutma yönəldiyini bilmişdir. Bundan sonra icra şöbəsinə müraciət edərək tutmanın səbəbi ilə maraqlanmış, ona barəsində Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarı olduğu bildirilmişdir. Bundan sonra qərarın surətini əldə etmiş və məhkəməyə müraciət etmişdir. Bildirdi ki, barəsində hər hansı inzibati tənbeh tətbiq edilməsindən xəbəri olmamışdır. Bundan başqa xüsusi karantin rejimi dövründə evdən çıxmamağa çalışmış, karantin rejimi qaydalarını heç vaxt pozmamış və polis tərəfindən də heç vaxt saxlanılmamışdır. Göründüyü kimi törədildiyi bildirilən inzibati xəta hadisəsinin törədilməsində qanunla müyyən edilmiş qaydada hər hansı bir təqsiri və qarşılıqlı əlaqəsi olmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin tərtib etdiyi xx xxxxx 2020-ci il tarixli, MN-0571059 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Şərifzadə küçəsində karantin rejimi qaydalarını pozması əsası ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli, MN-0075521 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Şərifzadə küçəsində karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Lakin inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X2 qaydalarını hansı şəkildə, harada pozması konkret olaraq qeyd edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xəta haqqında qərarla razı olub-olmadığı da qeyd edilməmiş, ümumiyyətlə X4 iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən X4 barəsində qeyd edilən protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlərin, sübutların, əgər bunlar yazılı sübutlardırsa, təsdiq edilmiş surətlərinin (izahat, fotoşəkil, videogörüntü və sair) məhkəməyə göndərilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə sorğular göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən məhkəmənin məktubları cavablandırılmamış və həmin inzibati xətanın törədilməsinin xüsusi texniki avadanlıqlar vasitəsilə qeyd alınması barədə hər hansı foto və ya video görüntülər, vardırsa, şikayətçinin izahatı təqdim edilməmiş, həmçinin protokol hər hansı digər bir sübutla əsaslandırılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin tərtib etdiyi xx xxxxx 2020-ci il tarixli, MN-0571059 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN-0075521 nömrəli inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən xx xxxxx 2020ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə protokolda onun həmin protokolla razılaşıb-razılaşmadığı barədə qeydlər aparılmamışdır. X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli, MN- 0571059 nömrəli inzibati xəta haqqında protokola istinad etməklə X4 100 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin məlumat verilməsinə baxmayaraq X4 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, videogörüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X4 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN-0571059 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN- 0075521 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN- 0571059 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN-0075521 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-213/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-213/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver