Məhkəmə qərarları › İş №3(075)-215/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-215/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-215/2021 05.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi «xxxx» MMC-nin direktoru X9, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X6 iştirakı ilə, Ərizəçi «xxxx» MMC-nin direktoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinin onun barəsində qəbul etdiyi 06 aprel 2021-ci il tarixli MN ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Ərizəçi «xxxx» MMC-nin direktoru X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinin onun barəsində qəbul etdiyi 06 aprel 2021-ci il tarixli MN ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi «xxxx» MMC-nin direktoru X11 izahatında göstərdi ki, o, 06 aprel 2021-ci il tarixdə "xxxx" MMC-nin direktoru olaraq onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsi tərəfindən X1 haqq-hesabının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsi əsası ilə inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, "xxxx” MMC barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, İXM-nin 119.1 və 119.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. Təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar. Qeyd olunan normalara əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəblərin aradan qaldırılması üçün təqdimatla vəzifəli səxsə müraciət etməli idi. Lakin bu barədə məlumat verməmiş, yalnız məktubla müraciət edərək şikayətlə bağlı olan sənədləri “xxxx” MMC-dən tələb etmişdir. Həmçinin, “xxxx” MMC-nin Azərbaycan Respublikası X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinə təqdim olunan 15 mart 2021-ci il tarixli 5 nömrəli arayışında mövcud vəziyyətlə əlaqədar olaraq işçilərin əmək haqlarının verilməsində problemlər yarandığı və yaxın günlərdə ödəniləcəyi qeyd olunmuşdur. Buna baxmayaraq, bu səbəblərin aradan qaldırılması ilə bağlı müddət müəyyən edərək hüquqi şəxsə təqdimat ünvanlamadan səlahiyyətli orqan (vəzifəli şəxs) dövlət müəssisəsinə qarşı qərəzli mövqe nümayiş etdirərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qanuna əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən bütün halları nəzərə almalı idi. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən “xxxx” MMC tərəfindən hüquq pozuntusuna səbəb olmuş halın aradan qaldırılması, vətəndaş X3 haqq-hesabın 17 mart 2021-ci il tarixdə tam şəkildə ödənilməsi, sonuncunun şikayəti olmaması barədə ərizəsi nəzərə alınmamışdır. X12 Xidməti Şəki Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş qərarda İXM-nin 192.4-cü maddəsi ilə 1200 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. Göründüyü kimi, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən yenə də qərəzli mövqe nümayiş etdirmiş, hüquq pozuntusunun aradan qaldırılmasına baxmayaraq inzibati tənbehin yuxarı həddinə yaxın məbləğdə cərimə tətbiq etmişdir. İnzibati xətaya yol verdiklərini qəbul edir. Lakin hazırda müəssisə ziyandadır. Pandemiya ilə əlaqədar şadlıq saraylarının, restoran-kafelərin işləməməsi onların satışına təsir etmişdir. Həmçinin digər təşkilatlar da karantin rejimləri ilə əlaqədar onara olan borclarını ödəyə bilmirlər. Buna görə də işçilərinin maaşlarını vaxtında ödəyə bilməmişlər. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X10 izahat verərək göstərdi ki, “xxxx” MMC-nin sabiq əməkdaşı X4 2020-ci ilin əzuniyyət pulunun və son haqq-hesabının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsi əsası ilə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, X7 öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmiş və «xxxx» MMC-nin direktoru X9 22 yanvar 2021-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Lakin «xxxx» MMC-nin direktoru X2 Şəlalə Tehran qızının 2020-ci ilin əzuniyyət pulunun və son haqq-hesabının son haqq-hesabının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməsini təmin etməmişdir. Müfəttişlik tərəfindən sözügedən şikayətlə bağlı «xxxx» MMC-nə sorğu verilərək, bir sıra sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. «xxxx» MMC-nin direktoru X11 isə onlara göndərdiyi 30 mart 2021-ci il tarixli arayışda X4 əmək haqqısının 17.03.2021-ci il tarixində ödənildiyini göstərmişdir. Əmək Məcəlləsinin tələblərinin pozulduğuna görə 01 aprel 2021-ci il tarixdə «xxxx» MMC-nin direktoru X11 barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 1200 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinin 01 aprel 2021-ci il tarixli, MN- 0687871 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 06 aprel 2021-ci il tarixli, MN-0647270 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, 22 yanvar 2021-ci il tarixdə işdən azad edilmiş X1 haqq-hesabı qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmədiyindən «xxxx» MMC-nin direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. İşdə olan «xxxx» MMC-nin 15 aprel 2019-cu il tarixli, 89 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, X7 15.04.2019-cu il tarixində «xxxx» MMC-yə İnsan resursları üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş və əmək haqqısı ştat cədvəli ilə müəyyən edilmişdir. İşdə olan X4 «xxxx» MMC-nin direktoru Vidadi Həsənova ünvanladığı 22 yanvar 2021-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, müəssisədə aylıq əmək haqqları hər ay gecikdiyi və vaxtı-vaxtında verilmədiyi üçün 22 yanvar 2021-ci il tarixdən işinə xitam verilməsini xahiş etmişdir. İşdə olan «xxxx» MMC-nin 22 yanvar 2021-ci il tarixli, 003-k-2021 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə bağlanılmış əmək müqaviləsinin 22.01.2021-ci il tarixindən ləğv edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “68-ci” maddəsinin 2.”a” bəndinə əsasən ləğv edilməsi və tutduğu insan resursları üzrə mütəxəssis vəzifəsindən azad edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən işçinin istifadə etmədiyi iş ilinin əsas məzuniyyətinə görə 12 gün son haqq-hesabının işçiyə ödənilməsi əmr edilmişdir. İşdə olan «xxxx» MMC-nin 30 mart 2021-ci il tarixli, 06 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, X4 əmək haqqısı 872,10 azn məbləği 17.03.2021-ci il tarixində ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi ərizəçi «xxxx» MMC-nin direktoru X11 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında və işdə olan sənədlərdə İXM-nin 192.4-cü maddəsinin tələblərini pozması aydın olur. Göstərilən əsaslarla məhkəmə «xxxx» MMC-nin direktoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinin onun barəsində qəbul etdiyi 06 aprel 2021-ci il tarixli MN ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi «xxxx» MMC-nin direktoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki Regional Ərazi Şöbəsinin onun barəsində qəbul etdiyi 06 aprel 2021-ci il tarixli MN ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar