Məhkəmə qərarları › İş №3(075)-216/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-216/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-216/2021 28.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5,iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş xx xxxxxx 2021 -ci il tarixli, MN-0625636 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş xx xxxxxx 2021-ci il tarixli, MN-0625636 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, yaşadığı ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla kafe işlədir. xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında kafedə 4 nəfər şəxs yeyib-içməyə başlamışlar. Artıq karantin vaxtına çatdıqda, o, həmin şəxslərə karantin saatının çatdığını, buna görə də kafedən çıxmalarını tələb etmişdir. Lakin, həmin şəxslər 00.00-dan sonra da kafedə qalmış onun tələbinə məhəl qoymamışlar. Bundan sonra o, həmin yerə polis əməkdaşları dəvət etmək üçün bayıra çıxmışdır. Oraya gəlmiş polis əməkdaşlarının göstərişi ilə həmin şəxslər kafedən bayıra çıxsalar da, bayırda bir-biri ilə mübahisə etməyə başlamışlar. Buna görə də polis əməkdaşları həmin şəxsləri polis şöbəsinə aparmış, həmçinin onu da şahid qismində adı ilə polis şöbəsinə aparmışlar. O, polis şöbəsində izahat verdikdən sonra evinə gəlmişdir. Bundan bir müddət sonra evinə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı xx xxxxxx 2021-ci il tarixli, MN-0625636 nömrəli inzibati tənbeh vermə haqqında qərar gəlmişdir. Halbuki, o, barəsində aparılmış inzibati icraatdan xəbərsiz olmuşdur. Göründüyü kimi qanunvericiliyin tələbləri pozularaq barəsində olan həmin inzibati xəta haqqında işə baxılarkən o, inzibati işə baxılma yeri və vaxtı barədə məlumatlandırılmamış, barəsində olan inzibati xəta haqqında işə onun iştirakı olmadan və ona məlumat verilmədən baxılmışdır. Bundan başqa xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla o cərimə edilmişdir. Göründüyü kimi törədildiyi bildirilən inzibati xəta hadisəsinin törədilməsində qanunla müəyyən edilmiş qaydada hər hansı bir təqsiri və qarşılıqlı əlaqəsi olmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 izahat verərək göstərdi ki, sözügedən kafeni yaxşı tanıyır. Onlar özləri də tez-tez həmin kafedə yemək yeyirlər, həmçinin kafenin sahibi Vəlicanov Məzahiri də sakit, yaxşı insan kimi tanıyırlar. Lakin xx.xx.2021-ci il tarixdə Şəki şəhəri, 20 yanvar küçəsində xidmət apararkən saat 00:15 radələrində orada yerləşən kafenin fəaliyyət göstərdiyini müəyyən etmişlər. Daha sonra həmin kafeyə daxil olub özlərini təqdim etmişlər və kafenin sahibini polis şöbəsinı dəvət etmişlər. Kafenin sahibinin şəxsiyyətini müəyyən eydikdən sonr onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək 400 manat məbləğində cərimə tətbiq etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin xx.xx.2021-ci il tarixli, MN-0837135 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN-0625636 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X4 xx.xx.2021-ci il tarixdə saat 00:45-də Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərərək epidemiya əleyhinə karantin qaydalarını pozmuşdur. Buna görə də, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X3 Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 00:15-də Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2021-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmışdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarə ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.1-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:15-də Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərmişdir. Eyni hal onun xx.xx.2021-ci il tarixdə saat 00:15-də Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən işlətdiyi kafedə fəaliyyət göstərdiyini etiraf etməsi barədə vermiş olduğu izahatla da təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X3 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş xx xxxxxx 2021-ci il tarixli, MN-0625636 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş xx xxxxxx 2021-ci il tarixli, MN-0625636 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar