Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-217/2024 16.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Şəki ŞRPŞ-dən daxil olmuş İXP seriyalı ******* nömrəli 03 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs QSC xx.xx.2024-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünədək təqdim etməmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs QSCnin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, Şəxs QSC-nə məxsus “JAC HFC5083KR” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat mövcuddur. Onlar həmin nəqliyyat vasitəsinin sürücsü barədə məlumatı polis şöbəsinə göndərmişlər. Lakin buna baxmayaraq Şəki ŞRPŞ-nin əməkdaşları həmin məlumatları əldə etməsi üçün ətraflı araşdırma aparmamış, Şəxs QSC-nin barəsində əsassız protokol tərtib etmişdir. İş materiallarından görünür ki, Şəki şəhəri DYPB tərəfindən Şəxs QSC-nə sorğu məktubu ünvanlamış və həmin məktubda xx.xx.2024-cü il tarixdə saat 04:42-də Şəxs QSC nin mülkiyyətində olan “JAC HFC5083KR” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə 5 gün müddətində rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsinin surətindən görünür ki, həmin xəbərnamədə sorğunun 14 fevral 2024-cü il tarixdə “Günay Lətifova” soyadlı şəxsə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan Şəxs QSC-nin 15 fevral 2024-cü il tarixli, EL 026 nömrəli məktubundan görünür ki, Şəxs QSC tərəfindən DYPİ-nin Şəki Rayon şöbəsinə məktub göndərilərək Şəxs QSC-nin balansında olan **-AC-*** dövlət nömrə nişanlı, “JAC HFC5083KR” yük markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək sürücülük vəsiqəsinin seriya və nömrəsi AC 565556 olan X4 idarə etməsi bildirilmişdir. İş materiallarında olan 30 dekabr 2024-cü il tarixli etibarnamədən görünür ki, Şəxs QSC-nə məxsus **-AC-*** dövlət nömrə nişanlı, “JAC HFC5083KR” yük markalı, (tipi bortlu, buraxılış ili 2008, rəngi ağ) avtomobilin idarə edilməsi üçün X1 verilmişdir. İş materiallarında olan 16 fevral 2024-cü il tarixli poçt qəbizndən görünür ki, Şəxs QSC tərəfindən DYPİ-nin Şəki rayon şöbəsinə ünvanlanmış məktub 16 fevral 2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə təqdim olunmalı və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı iş üzrə Şəki şəhəri DYPB-nin sorğu məktubu Şəxs QSC-nə ünvanlansa da, həmin sorğunun faktiki olaraq hüquqi şəxsə göndərilməsini və hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Belə ki, poçt xəbərnaməsində sorğunun 14 fevral 2024-cü il tarixdə “Günay Lətifova” adlı şəxsə imza etdirilməklə təqdim edilməsi qeyd olunmuşdur. Bundan başqa yuxarıda göstərilən qanunvericiliyin normasından da göründüyü kimi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən inzibati xəta törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. İş materiallarından görünür ki, Şəxs QSC-nə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə idarə edilməsi üçün X3 verilmişdir. Eyni zamanda iş materialları ilə görünür ki, Şəxs QSC tərəfindən Şəki DYPİ-nə məktub ünvanlanaraq Şəxs QSC-nə məxsus **-AC-*** dövlət nömrə nişanlı, “JAC HFC5083KR” yük markalı, (tipi bortlu, buraxılış ili 2008, rəngi ağ) avtomobilin idarə edilməsi üçün X1 verilməsi bildirilmişdir. İş materiallarında olan poçt qəbzindən də göründüyü kimi Şəxs QSC tərəfindən Şəki DYPİ-nə ünvanlanmış məktub 16 fevral 2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında Şəxs QSC-nə sorğunun göndərilməsi və müvafiq vəzifəli şəxsi tərəfindən qəbul olunması sübut olunmamaqla, eyni zamanda Şəxs QSC tərəfindən sürücü barəsində olan məlumatlar mərkəzi informasiya sistemində yerləşdirilməsi, Şəki DYPİ-nə bununla bağlı məlumat verilməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-217/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-217/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver