Məhkəmə qərarları › İş №3(075)-218/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-218/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-218/2021 15.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Qax rayonu, Üzümçülük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci il doğum tarixli X7, xx.xx.2004-cü il doğum tarixli X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X9 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci il doğum tarixli X7, xx.xx.2004-cü il doğum tarixli X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X9 verilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2019-cu il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində .era sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin borclu az məbləğdə ödənişlər edərək bununla kifayətlənmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs İİİ qrup əlilliyə görə pensiya aldığı müəyyən edilmiş və xx.xx.2019-cu il tarixində borcluya hesablanan pensiyadan hər ay 70 % (yetmiş) həcmində tutulması üçün ƏƏSMN yanında DSMF-nun Şəki şəhər şöbəsinə müvafiq məktub göndərilmişdi'. Borclu ötən müddət ərzində icra məmurunun çağırış və rəsmi xəbərdarlığına məhəl qoymamış, Şəki rayonu üzrə icra şöbəsinə gəlməmiş və gəlməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Borclunun olduğu yeri müeyyen etrıək mümkün olmadığına görə xx.xx.2021-ci il tarixdə onun axtarılması barədə ıərar qəbul edilərək icra olunması üçün Şəki Şəhər- Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2021-cı il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə gətirilmiş və ondan izahat alınmış, icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi tələb edilmişdir. Lakin borclu izahatında hal-hazırki tarixə icra sənədi üzrə borc məbləğindən tam şəkildə ödəniş edə bilməyəcəyini, borc məbləğini hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hal-hazırda borclu X4 2092 (iki min doxsan iki) manat məbləğində aliment borcu yaranmışdır. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 11:30-da məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci il doğum tarixli X7, xx.xx.2004-cü il doğum tarixli X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar X9 verilməlidir. O, bugünədək tələbkar Sevda Aslanovanın xeyrinə müxtəlif tarixlərdə az aliment pulu ödəmişdir. Bundan başqa onun pensiyasının 70 faizi həcmində hər ay pul tutularaq tələbkara ödənilir. Özü rəsmi heç yerdə işləmir, fəhləliklə məşğul olur. Hal-hazırda bütün borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Lakin ona vaxt verilsə borcunu ayın axırına kimi ödəyə bilər. Əlavə olaraq bildirdi ki, xx xxxxx 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 11:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci il doğum tarixli X7, xx.xx.2004-cü il doğum tarixli X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment ondan alınaraq ona verilməlidir. Lakin borclu borcunu tam şəkildə ödəmir. O isə aliment borcunu hissə-hissə yox, birdəfəyə ödənilməsini istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxx 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 11:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxx 2021-ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar