Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-219/2022 25.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Rüstəmova) Sevinc Nadir qızı və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Daşüz kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Məmmədova (Rüstəmova) Sevinc Nadir qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş 25 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-181/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Şəki rayonu Daşüz kənd sakinləri X6 və X1 hər həftənin şənbə və bazar günləri, 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X5 doğum günlərində, Azərbaycan Respublikasının Nazirlər Kaineti tərəfindən təsdiq edilmiş bayram günlərində, uşaqların atası mərhum X3 doğum və anım günlərində saat 10:00-dan 16:00-dək nəvələri 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X10 ilə tərəflərin birgə razılığı ilə müəyyən edilmiş yerlərdə görüş və ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 avqust 2021-ci il tarixli, 7/M-260-075 saylı qərarına edilən maneələr borclu Məmmədova (Rüstəmova) Sevinc Nadir qızına qadağan edilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Məmmədova (Rüstəmova) Sevinc Nadir qızına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borcun ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən material baxılması üçün Şəki rayonu üzrə İcra və X12 Rayon Məhkəməsinə göndərilmişdir. 25 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-181/2022 saylı, 17 fevral 2022ci il tarixli icra sənədinə əsasən Şəki rayonu Daşüz kənd sakinləri X6 və X1 hər həftənin şənbə və bazar günləri, 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X5 doğum günlərində, Azərbaycan Respublikasının Nazirlər Kaineti tərəfindən təsdiq edilmiş bayram günlərində, uşaqların atası mərhum X3 doğum və anım günlərində saat 10:00-dan 16:00-dək nəvələri 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X10 ilə tərəflərin birgə razılığı ilə müəyyən edilmiş yerlərdə görüş və ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 avqust 2021-ci il tarixli, 7/M-260-075 saylı qərarına edilən maneələr borclu Məmmədova (Rüstəmova) Sevinc Nadir qızına qadağan edilməlidir. Qeyd edilən icra sənədi 29 mart 2022-ci il tarixində icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq 09.04.2022-ci il tarixə təyin edilən icra prosesi zamanı borclu Şəxs uşaqların icra sənədi üzrə tələbkar X6 ilə ünsiyyətdə olmasına maneələr yaratmışdır. Daha sonra, 23.04.2022-ci il tarixinə Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinin inzibati binasına təyin edilən icra prosesi zamanı isə Şəxs uşaqları gətirməmiş, buna səbəb kimi isə uşaqların gəlmək istəmədiklərini göstərmişdir. 25.04.2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatında uşaqların tələbkarla ünsiyyətdə olmaq istəmədiklərinə səbəb kimi onun tələbkarlarla arasında olan digər ədavətləri göstərmiş, tələbkarların ona və uşaqlara qarşı etdikləri haqsızlıqlara görə uşaqların nənə və babaları ilə görüşmək istəmədiklərini bildirmişdir. Beləliklə, hər iki icra prosesində borclu Şəxs uşaqların tələbkarlarla ünsiyyətdə olmalarına maneələr yaratmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-181/2022 saylı, 17 fevral 2022-ci il tarixli icra sənədinə əsasən onun və X1 hər həftənin şənbə və bazar günləri, 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X5 doğum günlərində, Azərbaycan Respublikasının Nazirlər Kaineti tərəfindən təsdiq edilmiş bayram günlərində, uşaqların atası mərhum X3 doğum və anım günlərində saat 10:00-dan 16:00-dək nəvələri 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X10 ilə tərəflərin birgə razılığı ilə müəyyən edilmiş yerlərdə görüş və ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 avqust 2021-ci il tarixli, 7/M-260-075 saylı qərarına edilən maneələr borclu Məmmədova (Rüstəmova) Sevinc Nadir qızına qadağan edilməlidir. Borclu Məmmədova (Rüstəmova) Sevinc Nadir qızı bir neçə dəfə nəvələri ilə görüşmək istəsələr də buna maneə yaratmışdır. Borcluya növbətin görüşün təyin edilməsi üçün vaxt verilməsinə etiraz etmir. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Rüstəmova) Sevinc Nadir qızı izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-181/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Şəki rayonu Daşüz kənd sakinləri X6 və X1 hər həftənin şənbə və bazar günləri, 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X5 doğum günlərində, Azərbaycan Respublikasının Nazirlər Kaineti tərəfindən təsdiq edilmiş bayram günlərində, uşaqların atası mərhum X3 doğum və anım günlərində saat 10:00-dan 16:00-dək nəvələri 30.06.2011-ci il təvəllüdlü X7 və 21.01.2016-cı il təvəllüdlü X10 ilə tərəflərin birgə razılığı ilə müəyyən edilmiş yerlərdə görüş və ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 avqust 2021-ci il tarixli, 7/M-260-075 saylı qərarına edilən maneələr ona qadağan edilmişdir. Bir neçə dəfə icra məmuru tərəfindən görüş təyin edilmiş, lakin uşaqlar gəlmək istəmədiklərindən o israr etməmişdir. Uşaqları nənə-babalarına göstərməkdən yayınmır. Onların mümkün ən qısa müddət ərzində görüşlərini təşkil edəcəyinə söz verir. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Məmmədova (Rüstəmova) Sevinc Nadir qızının müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X11 bildirdi ki, Məmmədova (Rüstəmova) Sevinc Nadir qızının hərəkətlərində qərəz yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məmmədova (Rüstəmova) Sevinc Nadir qızının inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Məmmədova (Rüstəmova) Sevinc Nadir qızının icra şöbəsində bir neçə dəfə izahatı alınmış, icra məmurunun bütün çağırışlarına gəlmişdir. Lakin öz deməsinə görə uşaqlar gəlmək istəmədiklərindən israr etməmişdir. Borclu uşaqların nənə-babaları ilə görüşünü qısa vaxt ərzində təşkil edəcəyinə söz verir və tələbkar da buna etiraz etmir. Bu da Məmmədova (Rüstəmova) Sevinc Nadir qızının məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməsinin bariz nümunəsidir. Göründüyü kimi Məmmədova (Rüstəmova) Sevinc Nadir qızı icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Məmmədova (Rüstəmova) Sevinc Nadir qızı barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Məmmədova (Rüstəmova) Sevinc Nadir qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədova (Rüstəmova) Sevinc Nadir qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-219/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-219/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver