Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-219/2024 17.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X3 tərəfindən tərtib olunmuş 02 mart 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəxs QSC və Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs QSC-nin istifadəsində olan “XCMG XZJ5328JKZ25 K Yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 00:41-də Bakı-Qazax yolu 262.2-ci km İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozaraq qayda pozuntusu törədilmişdir. İnzibati xətanın törədilməsi zamanı avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatların 5 gün müddətində Şəki ŞRPŞ-yə göndərilməsi üçün xəbərdarlıq edilmiş, qeyd edilən xəbərdarlıq xx.xx.2024-cü il tarixdə Şəxs QSC tərəfindən qəbul edilmişdir. Müraciətə cavab verilməməsi əsası ilə Şəxs QSC barəsində inzibati xəta haqqında 02 mart 2024-cü il tarixdə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Şəxs QSC-nin balansında olan **-AC-*** dövlət nömrə nişanlı XCMG XZJ5328JKZ25 K Yük” markalı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixədək sürücülük vəsiqəsinin seriya və nömrəsi AC 032619 olan X1 idarə edir. İş materiallarından görünür ki, Şəxs QSC tərəfindən X5 İdarəsinin Şəki Rayon Şöbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktub, xx.xx.2024-cü il tarixdə göndərilmiş, xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən qəbul edilmişdir. Beləliklə aydın olur ki, Şəxs QSC-nin mülkiyyətində olan “XCMG XZJ5328JKZ25 K Yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat sorğu alındıqdan dərhal sonra Şəki ŞRPŞ DYPB-yə göndərilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-219/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-219/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver