Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-22/2024 08.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən X2 iştirakı ilə X2 barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsi X17 Bölməsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən X3 ərizəni müdafiə edərək məhkəmə iclasında izahat verərək bildirdi ki, Chevrolrt Cruze markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobil anası X4 mülkiyyətindədir. Həmin avtomobilin və özünə məxsus digər daşınar əşyaların idarə edilməsi və sərəncam verilməsi üçün ona ümumi etibarnamə vermişdir. Uzun illərdir ki həmin etibarnamə əsasında anasına məxsus avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq avtomobili təqdim etdiyi etibarnamə ilə idarə edə bilməyəcəyi bildirərək barəsində Azərbaycan Respublikası İXM-nın 332.1-ci maddəsi ilə ilk öncə protokol daha sonra qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, brəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsi X17 Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsi X17 Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəki regional “ASAN” xidmət mərkəzinin notariusunun 15 aprel 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Vasif Vüsal oğluna bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi on il müddətinə etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlərt Nazirliyi Dövlət Qeydiyyat İmtahan və X14 avtomobilin qeydiyyat sənədindən görünür ki, “Chevrolet Cruze” markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobil X4 mülkiyyətindədir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X3 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından göründüyü kimi X6 mülkiyyətində olan bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, məbləğini müəyyən etmklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən almaq, satmaq, bağışlamaq və.s əqdləri həyata keçirməyi X10 etibar etmişdir. Lakin mülkiyyətində olan “Chevrolet Cruze” markalı **-CY- *** dövlət nömrə nişanlı avtomobil üzrə sürücülük hüququnun həyata keçirilməsi həmin etibarnamədə göstərilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, X4 oğlu X8 verdiyi etibarnamə üzrə sürücülük hüququnu həyata keçirilməsi müvafiq etibarnamə ilə müəyyən edildiyindən hazırki etibarnamə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin alt sisteminə yerləşdirilməyərək Vasif İsmayılov sürücülük hüququnu həyata keçirərəkən törədəcəyi inzibati xətaları da, onun adına qeydiyyata alınması mükün olmayacaqdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X5 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Beləliklə məhkəmə, X3nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Şəhər-Rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-22/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-22/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver