Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-220/2022 25.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki rayon Məhkəməsinin 2(075)- 10564/2016 saylı, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıya məxsus olan, komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, quran qabı qızıl, qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, birisi bir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-zinət əşyaları alınaraq iddiaçı X3 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(075)-10564/2016 saylı, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıya məxsus olan, komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, quran qabı qızıl, qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, birisi bir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-zinət əşyaları alınaraq iddiaçı X3 verilməlidir. Qeyd edilən icra sənədi yenidən 04.06.2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi daxil olduqdan sonra borclu şöbəyə dəvət edilmiş, icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb edilmiş, lakin tələbin icrası təmin edilməmişdir. Borclu izahat verərək bildirmişdir ki, qızıl zinət aşalarını 2016-cı ildə X2 alaraq Şəki şəhər sakini Tural adlı şəxsə vermiş, əvəzində isə 2000 manat pulu Turaldan alaraq X3 vermişdir. Həmin pulun 1400 manatını X6, qızıl zinət aşyalarının ona qaytarılması müqabilində, ona geri ödəmiş. 600 manat isə ona borclu qalmışdır. Qızıl-zinət əşyaları əvvəldən və indidə onda olmadığı üçün bir dəfəyə X3 geri qaytara bilmir. Lakin qalan 40.69 qram qızılın 3 qramını may ayında, qalanını isə növbəti aylarda qaytaracağını bildirmişdir. Borcluya bir daha rəsmi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb edilmiş, lakin icra etməmişdir. Borclu Şəxs yeri məlum olmadığından 04.03.2022-ci il tarixdə axtarışa verilmiş, 25.04.2022-ci il tarixdə borclu polis tərəfindən tapılaraq şöbəyə gətirilmişdir. Şöbədə olarkən bir daha icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb edilmiş, borclu bir daha əvvəl verdiyi izahatla eyni məzmunda izahat verərək qızıl-zinət əşyalarını tam qaytara bilmədiyini, həmin qızıllar olmasada belə qalan 40.69 qram qızıl həcmində 3 qrma may ayında, qalanını isə növbəti aylarda qatracağını bildirmişdir. Borclu əvvəlki izahatlarında qızılın dəyərini ödəyəcəyini, digər vaxt verdiyi izahatda isə qızılı qaytaracağını bilrisə də qaytarmamışdır. Bütün bunlarla borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bildirmişdir ki, borclu axtarışla 25.04.2022-ci ildə saat 11:00-da İcra şöbəsinə gətirilmiş və sonra 16:30-da məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(075)-10564/2016 saylı, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıya məxsus olan, komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, quran qabı qızıl, qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, birisi bir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-zinət əşyaları alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədlərindən məlumatı vardır. Bildirmişdir ki, o, qızıl-zinət əşyalarından 1 ədəd sibir daşından olan nişan üzüyünü 5 qram çəkisi olan 2016-cı ilin iyul ayında, quran qabı qızıl boyunbağını 2016-cı ilin may ayında qaytarmış, həmçinin 3 qram çəkidə qızıl qolbağı X3 qaytarmışdır. Bunlardan başqa həbsdə olan zaman qızıl zinət əşyalarının dəyərinin bir hissəsini, 1785,70 manat pulu poçt vasitəsi ilə X3 ödəmiş, eyni zamanda qızıl da qaytarmışdır. Hazırda o, tələbkara 40,69 qram qızıl qaytarmalıdır. Hazırda o, qızıl zinət əşyalarını qaytara bilmir. Qalan 40,69 qram qızıl zinət əşyalarının 3 qramını 2022-ci ilin may ayının 10-da, növbəti iki ayda 3 qram, avqust ayında isə tam olaraq qaytaracaqdır. Bildirmişdir ki, o, qızıl zinət aşalarını 2016-cı ildə X2 alaraq Tural adlı şəxsə vermiş, əvəzində isə 2000 manat pulu Turaldan alaraq X3 vermişdir. Həmin pulun 1400 manatını X6, qızıl zinət əşyalarının özünə qaytarılması müqabilində, ona geri ödəmiş, 600 manat isə ona borclu qalmışdır. Qızıl-zinət əşyaları əvvəldən və indi də onda olmadığı üçün X3 geri qaytara bilməmişdir. Bildirmişdir ki, onunrəsmi iş yeri yoxdur. Bakı şəhərində SUM Ticarət Mərkəzində Firuzə zərgərlik sexində zərgər işləyir, gündəlik 20-25 manat qazancı olur. Əlavə olaraq bildirmişdir ki, o, 25.04.2022-ci il tarixdə 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasınza zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(075)-10564/2016 saylı, 08 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıya məxsus olan, komplekt qızıl sırğa üzük, qızıl boyunbağı, qızıl bilərzik, qızıl adi qaşlı nişan üzüyü, qaşsız gül formada qızıl üzük, uşaq üçün qızıl boyunbağı və bilərzik, yaşıl qaş tənə dəst, quran qabı qızıl, qızıl boyunbağı, qızıl saat, qızıl fantaziya qaşlı üzük, birisi bir daşından olmaqla 2 ədəd nişan üzüyü olmaqla, cəmi çəkisi 71 qram olan qızıl-zinət əşyaları alınaraq ona verilməlidir. Bildirmişdir ki, borclu altı ildir ki, ona borclu olduğu qızıl-zinət əşyalarını qaytarmır. Borclu Şəxs şkayətçidir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 25 aprel 2022-ci il tarixdə saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Hacı-X1 hərəkət etmək imkanı 25 aprel 2022-ci il tarixdə saat 11:00-dan məhdudlaşdırıldığından onun həbsə alınmasının əvvəli 25.04.2022-ci ildə saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 25 aprel 2022-ci il tarixdə, saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-220/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-220/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver