Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-222/2021 19.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 2-ci dərəcəli əlilliyi olan, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1136/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1600 manat məbləğində pul alınaraq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1136/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1600 manat məbləğində pul alınaraq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2019-cu il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs oğuna dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək icra sənədi üzrə borcdan heç bir ödəniş etməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(075)- 387/2019 saylı qərardadı ilə borclu Şəxs məxsus “Toyota Corolla” markalı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin sözügedən avtomobil aşkar edilmədiyindən tərəflərindən xx.xx.2020-ci il tarixdə borclunun əmlakının axtarılması barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq sözügedən avtomobil tapılmamışdır.Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədi üzrə borcun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatlarında işsiz olduğu üçün ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu icra sənədi üzrə bugünədək heç bir ödəniş etməmiş və qalıq borc 1600 manat təşkil edir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Protokolun müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1136/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1600 manat məbləğində pul alınaraq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Lakin maddi imkanı olduqca aşağı olduğundan borcunu ödəyə bilməmişdir. İşsizdir, İİ qrup əlildir. Əliliyə görə pensiya alsa da, hazırda müayinədən keçməsi məqsədilə 2 aydır ki, pensiyası dayandırılmışdır. Borcunu qəbul edir. Lakin borcunu birdəfəyə ödəmək imkanı yoxdur. Bu ilin may ayından başlayaraq borcundan hər ay 50-100 manat ödəyəcəkdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(075)-387/2019 saylı qərardadı ilə borclu Şəxs məxsus “Toyota Corolla” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin o, sözügedən avtomobili təxminən 15 il bundan əvvəl etibarnamə ilə satmışdır. Hazırda avtomobilin harada olduğunu və kim tərəfindən idarə olunduğunu bilmir. Həmçinin sözügedən avtomobil köhnə olduğundan metalloma da verilmiş ola bilər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-222/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-222/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver