Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-223/2021 17.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1 iştirakı ilə X1 Yevlax rayonu YPX inspektoru, polis serjantı X6 tərəfindən barəsində tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, yol polis əməkdaşının haqqında haqsız tərtib etdiyi inzibati qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, 13 aprel 2021-ci il tarixdə özünə məxsus 99GT873 nömrə nişanlı “Mersedes Benz” markalı avtomobili ilə Yevlax şəhərindən Bərdə istiqamətində hərəkətdə olarkən şəhərin mərkəzində işıqforun yaşıl işığında yolu sola dönmüşdür. O, yolu dönməmişdən xeyli uzaqda yol polis avtomobili gəlmişdir. Sola dönərkən yol polisi əməkdaşının avtomobili işıqfordan xeyli aralıda olmuş və o, həmin avtomobilin hərəkətinə heç bir maneə törətməmişdir. Lakin o, sola dönərkən yola qəflətən piyada çıxmış və o, piyadanı vurmamaq üçün maşını saxlamışdır. Piyada keçərkən o, hərəkət etmək istəmiş, lakin yol polis əməkdaşı X6 onu saxlamış və guya onun hərəkətinə mane olduğunu bildirmişdir. O, nə qədər etiraz etsə də, piyadanı vurmamaq məcburiyyəti olduğunu qeyd etsə də, polis avtomobilindəki kamerada piyadanın, həqiqətən yola çıxması səbəbindən maşını saxladığı görünsə də, polis əməkdaşı təkidlə ona protokol yazmışdır. O, polis əməkdaşının yazdığı protokola etirazını bildirərək protokola da razı olmadığını yazsa da polis əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsini kobud şəkildə pozaraq ona yerindəcə protokol yazmışdır. Halbuki əgər sürücü protokoldan narazıdırsa, yol polisinin yerində protokol yazması qanuna ziddir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verdi. Yevlax rayonu YPX tərəfindən təqdim edilmiş və məhkəmə iclasında nümayiş etdirilən videogörüntüyü münasibət bildirərək qeyd etdi ki, video montaj edilmişdir. Belə ki, həmin vaxt həqiqətən yoldan piyada keçmişdir. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş inzibati xəta haqqında protokolundan şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Yevlax Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Yevlax rayonu YPX inspektoru, polis serjantı X6 tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X4 13 aprel 2021-ci il tarixdə, saat 11:29 radələrində Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən X3 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. «Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu»nun 76-cı maddəsinin İ bənsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş yol patrul xidmətinin xidməti avtomobilində qeydə alınmış video görüntüdən görünür ki, Yevlax rayonu Füzuli küçəsində yolayırıcında svetoforun yaşıl işığı yanmış, yolayırıcında olan avtomobillər hərəkətə başladıqdan sonra sola hərəkətdə olan «Mercedes Benz E270» markalı, **-GT-*** dövlət nömrə nişanlı minik avtomobili qarşıdan düzünə və sağa gedən avtomobillərə yol verməli olmasına baxmayaraq buna məhəl qoymamış, hərəkətini davam etdirmiş və yolayırıcında sağa gedən digər avtomobillər üçün təhlükə yaratmışdır. X2 məhkəməyə təqdim etdiyi ərizəsində 13 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt yolayrıcını keçmə qaydalarını pozmadan hərəkətini davam etdirməsi ilə bağlı ərizəsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və video görüntüdən qeyd olunan tarixdə X3 idarə etdiyi avtomobilin yolayrıcını keçmə qaydalarını pozmaqla hərəkətini davam etdirməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Bundan başqa ərizədə göstərilənlər protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğvi üçün əsas deyildir. X1 şikayət ərizəsində qeyd etdiyi barəsində tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-223/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-223/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver