Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-223/2024 18.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki rayonu YNH inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1956-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu YNH ispektoru, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 09 mart 2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs tərəfindən İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisələrini törətmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X6 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinin tələbləri pozulmuşdursa, o zaman səlahiyyətli orqan qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Şəki rayonu YNH inspektoru, polis kapitanı X4 protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs tərəfindən İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisələri törədilmişdir. Belə ki, Şəxs idarə etdiyi “Qaz 33081-1091” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 09 mart 2024-cü il tarixdə, saat 09:40 radələrində şəhərin Oğuz şössesi ilə hərəkətdə olarkən "xxxx" ASC-nin qarşısında yolun sol tərəfindən sağ tərəfinə manevr edən zaman zaman “Vaz 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Qəza hadisəsi nəticəsində “Vaz 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobil zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi zərər kimi 900 manat məbləğdə ödəniş etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 09 mart 2024-cü il tarixdə, saat təxminən 09:40 radələrində Şəki şəhəri Oğuz şossesi yolu ilə hərəkət edərkən "xxxx" ASC-nin qarşısında sol zolağdan sağa manev edərək idarəyə daxil olan zaman sağ zolaqla hərəkət edən “Vaz 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Avtomobillərə maddi ziyan dəysə də, özü qəza zamanı hər hansı xəsarət almamışdır. Bildirmişdir ki, zərərçəkmiş şəxslərə maddi ziyanla bağlı 900 manat ödəniş etmişdir. Digər avtomobilin sürücüsü ilə aralarında razılıq əldə edilmişdir. Etdiyi hər bir əməldən peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Həmin Məcəllənin 332.4-cü maddəsinə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini, eyni zamanda zərərçəkmiş şəxsə ödəniş etməsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 500 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-223/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-223/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver