Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-226/2024 18.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxslər "xxxx" MMC-nin nümayəndəsi X3 və "xxxx" ASC-nin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Şəki rayonu, şəki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş 18 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2107/2021 saylı xx.xx.2021-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1413/2020 saylı xx.xx.2020-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2111/2021 saylı xx.xx.2021-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-804/2019 saylı xx.xx.2019-cu il tarixli, Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-12375 saylı xx.xx.2020-ci il tarixli və Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8i- 12308 saylı xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrası təmin edilmədiyi üçün borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-804/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1338 manat pul alınaraq tələbkar X4 verilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ- 12501 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 423.03 manat məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 81-12375 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 422.97 manat məbləğində borc tutularaq "xxxx" ASCyə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1413/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 1132 manat borc tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2107 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 355 manat borc tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2111/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 531 manat borc tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2020-ci il, 28.11 2022-ci il, 28.11,2022-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bu günədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxs ünvanı ünvan 1rclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu barəsində xx.xx.2024 tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində xx.xx.2024-ci il tarixdə 821659 saylı axtarış işi açılmışdır. xx.xx.2024-cü il tarixində borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədləri üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borcundan hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Yuxarıda göstərilən digər icra sənədləri üzrə (Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-804/2019 saylı, xx.xx.2019-cu il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-12501 saylı, xx.xx.2020-ci il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-12375 saylı, xx.xx.2020-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1413/2020 saylı, xx.xx.2020-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2107 saylı, xx.xx.2021-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2111/2021 saylı, xx.xx.2021-ci il tarixli) bu günədək borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş və nəticədə uzun müddət icra sənədlərinin icrası icra edilmədən qalmışdır. Ümumilikdə hal-hazırda yeddi icra sənədi üzrə borclunun 4202 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla da icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həbsdən azad olduqdan sonra bağırsaq xəstəliyinə tutulmuşdur. Əməliyyat ola bilmirdi. Keçən ay əməliyyat olunmuşdur. Axtarışda olduğunu bilmirdi. Məhkumluq barədə arayış almaq üçün ASAN xidmətə getmişdi. Orada saat təxminən 10:30-da saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Əvvəllər "xxxx" MMC-də sürücü kimi işləmişdir. İndi də işə düzəlmək üçün müraciət etmiş və ona müsbət cavab verilmişdir. Məhz bu səbəbdən də ASAN xidmətə müraciət etmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında protokolun təmin edilərək, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 izahatında bildirdi ki, Şəxs "xxxx" ASC-dən almış olduğu kredit 2017-ci ilə aiddir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən borc məbləği yenidən qrafikə salınmış lakin heç bir ödəniş olmamışdır. Protokolun təmin edilərək Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. X8 Vəkil Bürosunun vəkili Vəkil izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, icra məmuru tərəfindən onun yaşayış yerinə baxış keçirilmədiyini, işlə təmin olunduqdan sonra ödəniş edəcəyini bildirdiyini, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Şəxs tərəfindən 2019-cu ildən 2021-ci ilə qədər olan 6 icra sənədi üzrə hər hansı ödəniş edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 18 mart 2024-cü il tarixdə, saat 10:30-da polis tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 18 mart 2024-cü il tarixdən, saat 10:30-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 18 mart 2024-cü il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18 mart 2024-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-226/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-226/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver