Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-227/2021 20.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 37332 manat məbləğində pul vəsaiti alınaraq X2 xeyrinə verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 37332 manat məbləğində pul vəsaiti alınaraq X2 xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixində icraata daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Borclu icra sənədinin verilməsinə əsas olmuş qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2378/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə icraatın davam etdirilməsi xahiş edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində şöbəyə dəvət edilərək ondan icra sənədi üzrə borcun ödənilməsi tələb edilmiş, lakin onun tərəfindən heç bir ödəniş edilməmişdir. Verdiyi izahatlarda fərdi əməklə-taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, 2021 -ci ilin yanvar ayına qədər əsaslı ödəniş edəcəyinə söz vermiş, lakin həmin vaxtdan sonra borcun heç bir hissəsini ödəməmişdir. Daha sonra borclunun yeri müəyyən edilmədiyindən xx.xx.2021 -ci il tarixində barəsində axtarış elan edilmişdir. Həmin müddətdə ondan mobil telefon vasitəsi ilə dəfələrlə İcra və Probasiya şöbəsinə gəlib icra sənədi üzrə tələbi yerinə yetirməsi tələb edilsə də, o, icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, borcundan heç bir ödəniş etməmişdir. xx.xx.2021-ci il tarixində borclu Şəxs axtarış nəticəsində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmiş, həmin vaxt bir daha borcundan əsaslı ödəniş etməsi tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir. Həmin tarixdə verdiyi izahatında icra məmurunun çağırışlarına gəlməməsinin və borcu ödəməməsinə dair heç bir üzrlü səbəb göstərməmişdir. Beləliklə, borclu Şəxs dəfələrlə tələb edilməsinə baxmayaraq icra sənədi üzrə borc məbləğinin heç bir hissəsini ödəməmiş, həmçinin icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, icra sənədi və icra qurumuna dəvət edilməsi barədə məlumatlı olduğu halda gizləndiyindən barəsində axtarış elan edilmişdir. Bu hərəkətləri ilə Şəxs icra sənədini qərəzli olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs oğlu xx xxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:00-da məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan cəmi 37332 manat məbləğində pul vəsaiti alınaraq X2 xeyrinə verilməlidir. Borcunu qəbul edir. Lakin borcun yaranmasına səbəb olmuş avtomobil həbsdə olduğundan, həmin avtomobili satıb borcini ödəyə bilmir. Maddi imkanı olduqca aşağıdır. Etibarnamə ilə idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Aylıq qazancı təxminən 300-500 manat təşkil edir. Əlavə olaraq bildirdi ki, xx xxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:00-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxx 2021-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-227/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-227/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver