Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-227/2022 27.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, il ərzində təkrar inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 487/2021 nömrəli, 29.06.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 25 iyun 2014-cü il təvəllüdlü X2 və 18 oktyabr 2015-ci il təvəllüdlü Qaffarov ömər Nicat oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq X3 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-487/2021 nömrəli, 29.06.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 25 iyun 2014-cü il təvəllüdlü X2 və 18 oktyabr 2015-ci il təvəllüdlü Qaffarov ömər Nicat oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq X3 verilməlidir. Qeyd edilən icra sənədi 01.07.2021-ci il tarixində icraata daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Bildirmişdir ki, Şəxs alimenti müəyyən edilmiş qaydada ödəməmiş, nəticədə borcu yaranmış və bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilərək aliment borcunu və aylıq alimenti müəyyən edilimş qaydada ödəməsi ondan tələb edilmişdir. Sonuncu dəfə 2022-ci ilin fevral ayında 200 manat məbləğində aliment ödəmiş, həmin tarixdən sonra ödəmədiyindən borcu artmaqda davam etmişdir. Daha sonra borclunun rəsmi qeydə alındığı ünvanda yaşamadığı müəyyən edilmiş və olduğu yeri müəyyən etmək mümkün olmadığından 07.04.2022-ci il tarixində barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək Şəki ŞRPŞ-yə göndərilmişdir. 27.04.2022-ci il tarixində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən məcburi qaydada İcra və probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə onun 1870 manat aliment borcu mövcud olmuş, onunla rəsmi söhbət aparılaraq qanunvericiliyin tələbləri izah edilməklə aliment borcunu və aylıq alimenti müəyyən edilmiş qaydada ödəməsi tələb edilsə də, onun tərəfindən borc ödənilməmiş, cəmi 80 manat ödəyə bildiyini bildirmişdir. İzahatında aylıq 250-300 manat qazancının olduğunu, təkçə siqaret və spirtlik içkilərə hər ay 150 manat vəsait sərf etdiyini bildirmiş, lakin alimenti ödəmək üçün maddi imkanının olmadığını qeyd etmişdir. Bildirmişdir ki, tələbkar X4 şöbəmizə ərizə ilə müraciət edərək borclu Şəxs alimenti ödəmədiyinə görə ondan şikayət etdiyi üçün mobil telefon vasitəsi ilə ona nalayiq ifadə və söyüş məzmunlu mesajlar yazdığını, bir neçə dəfə isə yaşadığı evin qapısına yaxınlaşaraq küçədə səs-küy salıb onu təhqir etdiyini bildirmişdir. Hazırda borclunun 1710 manat aliment borcu yaranmışdır. Bütün bunlarla borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bildirmişdir ki, borclu axtarışla 27.04.2022-ci il tarixdə saat 13:00-da İcra şöbəsinə gətirilmiş və sonra 17:00-da məhkəməyə təqdim edilmişdir. Həmçinin borclu 2021-ci ilin noyabr ayında inzibati məsuliyyətə cəlb edilməklə il ərzində ikinci dəfə inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-487/2021 nömrəli, 29.06.2021-ci il tarixli icra sənədinə əsasən ondan əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 25 iyun 2014-cü il təvəllüdlü X2 və 18 oktyabr 2015-ci il təvəllüdlü Qaffarov ömər Nicat oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq X3 verilməlidir. İcra sənədlərindən məlumatı vardır. Bildirmişdir ki, o, fərdi əməklə məşğul olur. Ölkə ərazisində səyyar şirniyat satışı ilə məşğul olaraq qazanc əldə edir. Son bir ayda da işləri zəif olmuş, alimenti ödəməyə maddi imkanı olmamışdır. Aylıq qazancı 250-300 manat qazancı olmuşdur. Sonuncu dəfə 18 mart tarixində 70 manat aliment ödəmişdir. Bildirmişdir ki, onun şəxsi xərcləri də çox olur. Belə ki, ayda siqaretə və spirtli içkiyə 150 manat pul xərcləyir. Hazırda alimentə olan borcundan 80 manat ödəniş edir. Qalan borcunu isə 300 manat olmaqla ödəyəcəyini bildirir. Göstərmişdir ki, tələbkar da onu alimenti ödəmədiyinə görə şikayət etmiş, ona görə də tələbkara mobil telefonda təhqiredici sözlər yazmışdır. Bildirmişdir ki, son bir ay da işi ilə əlaqədar olaraq Qazax rayonuna getmişdir. Orada gündəlik 3-5 manat olan kirayə evlərdə qalmışdır. Əlavə olaraq bildirmişdir ki, o, 27.04.2022-ci il tarixdə 13:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasınza zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-487/2021 nömrəli, 29.06.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 25 iyun 2014-cü il təvəllüdlü X2 və 18 oktyabr 2015-ci il təvəllüdlü Qaffarov ömər Nicat oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq ona verilməlidir. Bildirmişdir ki, borclu qərəzli şəkildə alimenti ödəmir. İcra sənədlərinin icrasından yayınır. Bildirmişdir ki, borclu Şəxs alimenti ödəmədiyi üçün ondan şikayət etmişdir. Ona görə də Şəxs mobil telefon vasitəsi ilə ona təhqiredici ifadələr yazmışdır. Borclu Şəxs şkayətçidir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. İşdə olan Şəki rayon məhkəməsinin 30.11.2021-ci il tarixli, 3(075)-643/2021 saylı qərarından görünür ki, Şəxs İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs olunmuşdur. İXM-nin 33.1.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 27 aprel 2022-ci il tarixdə saat 13:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 27 aprel 2022-ci il tarixdə saat 13:00-dan məhdudlaşdırıldığından onun həbsə alınmasının əvvəli 27.04.2022-ci ildə saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 27 aprel 2022-ci il tarixdə, saat 13:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-227/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-227/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver