Məhkəmə qərarları › İş №3(075)-229/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-229/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-229/2021 20.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 10:30 radələrində Şəki şəhərində yerləşən “Marxal” istirahət mərkəzinin yaxınlığında narkotik vasitə olan marixuana qəbul edərək Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 10:30 radələrində Şəki şəhərində yerləşən “Marxal” istirahət mərkəzinin yaxınlığında narkotik vasitə olan marixuana qəbul etmişdir. Şəxs barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 xx xxxxxx 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata Şəki Rayon Məhkəməsinin 3(075)- 111/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə xitam verilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin müvafiq bəndlərinin tərkib əlamətlərinin olması nəzərə çarpdığından iş materialları əlavə araşdırmanın aparılması üçün Şəki Rayon Prokurorluğuna göndərilmişdir. Bundan sonra Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən HK-1/275 və HK-1/276 saylı materiallar üzrə xx xxxx 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, özü İİ Qarabağ müharibəsində iştirak etmiş və oktyabr ayında döyüşlərdə qəlpə yarası alaraq yaralanmışdır. xx xxxxxx 2021-ci il tarixdə Şəki şəhərində yaşadığı ünvana geri qayıtmışdır. Döyüşlərdə gördükləri və yaşadıqları onda travma yaratmışdır və hal-hazırda da psixi pozuntuları var. Mahiyyəti üzrə bildirdi ki, o, tanışı X5 ilə birlikdə xx xxxxxx 2021-ci il tarixdə, səhər saat 10:11 radələrində açıq havada gəzmək məqsədi ilə Şəki şəhərində yerləşən “Marxal Resort və SPA” istirahət mərkəzi istiqamətdə yola düşmüşlər. Yolda gedərkən X5 yerdən kibrit qutusunda narkotik vasitə olan marixuana tapmışdır. X5 tapdıqları kibrit qutusundakı marixuananı siqaretə doldurmuş, sonra onu çəkmişlər. Daha sonra “Marxal Resort və SPA” istirahət mərkəzinin yaxınlığında olarkən səbəbsiz deyib-gülməyə başlamışlar. Bu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Ünsiyyət zamanı onların narkotik vasitədən istifadəsindən şübhələndikləri üçün onu polis şöbəsinə dəvət etmiş, daha sonra tibbi müayinəyə aparmışlar. Sidiyindən aparılmış müayinə zamanı onların narkotik vasitədən istifadəsi faktı aşkar edilmişdir. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iş qanuni qərar çıxarılmasını xahiş edir. İşdə olan Şəki RMX-nin Narkoloji Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 55A nömrəli sərxoluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən müayinə edilmiş, onda marixuana qəbulu faktı aşkar olunmuşdur. İşdə olan Şəki Rayon Məhkəməsinin 3(075)-111/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 xx xxxxxx 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin müvafiq bəndlərinin tərkib əlamətlərinin olması nəzərə çarpdığından iş materialları əlavə araşdırmanın aparılması üçün Şəki Rayon Prokurorluğuna göndərilmişdir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, HK-1/275 və HK-1/276 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 09:30-dan 12:30-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar