Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-230/2023 29.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Şəki rayonu, Vərəzət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş, 07 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta barədə protokolda göstərilmişdir ki, 23 yanvar 2023-cü il tarixdə saat 07:00 – 08:00 radələrində Şəxs Şəki rayonu, Vərəzət kəndində dağ ərazisində 1 ədəd silah zavodu üsulu ilə istehsal edilmiş, 12 kalibrli, patronun uzunluğu 70 mm olan, “İJ-18E” “X28124” nömrəli daxili çaqmaqlı, tək lüləli tüfənginin daşınma qaydasını pozmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, tanışları Famil Nəsibov, Tərlan Məmmədov və Vüqaqr Sədirovla birlikdə tez-tez ov etmək üçün Şəki rayonu, Vərəzət kəndinin dağlarına gedirlər. Onlar əvvəllər 5-6 dəfə ov etmək üçün dağa getsələrdə, heç bir heyvanı ovlaya bilməmişlər. Bildirmişdir ki, onlar sonuncu dəfə 23 yanvar 2023-cü il tarixdə ov etmək üçün həmin əraziyə getmişlər. O, tanışı Tərlan Məmmədovla birlikdə özlərinə məxsus olan silahları götürüb ova getmək istəyərkən, Vərəzət kəndinin meşəlik ərazisindən keçən zaman onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bu zaman nə onun, nə də Tərlan Məmmədovun silahının heç bir sənədi olmadığına görə polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şəki ŞRPŞ-də onlarına barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda ona məxsus olan silah zavodu üsulu ilə istehsal edilmiş, 12 kalibrli, patronun uzunluğu 70 mm olan, “İJ-18E” “X28124” nömrəli daxili çaqmaqlı, tək lüləli tüfəng Şəki ŞRPŞ-də saxlanılır. Silahının onda saxlanılmasını xahiş edir. Əməlindən peşmandır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şəki rayonu, Vərəzət kəndi ərazisində X6, X3, X1, X4, Şəxs ov ilə məşğul olması və üzrilərində heç bir sənəd olmadan ov silahı daşımaları faktı ilə bağlı olan HK-1/121 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Zavodu üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “İJ-18E” “X28124” nömrəli daxili çaqmaqlı, tək lüləli tüfəng dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-230/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-230/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver