Məhkəmə qərarları › İş №3(075)-230/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-230/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-230/2024 27.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, V Tağım YPX inspektoru polis baş sejantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu Baş Layısqı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: V Tağım YPX inspektoru polis baş sejantı X4 tərəfindən tərtib edilmiş 17 mart 2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs tərəfindən İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X10 Rayon Məhkəməsinə göndərilmişdir. V Tağım YPX inspektoru polis baş sejantı X4 protokolu müdafiə edərək göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə, saat 12:00 radələrində Şəxs idarə etdiyi “MTZ 80” markalı, 55 T 543 dövlət qeydiyyat nişanlı traktorla X5 məxsus olan 55 T 312 dövlət qeydiyyat nişanlı traktoru basaraq apardığı zaman X2 məxsus olan “X12 Prado” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı minik avtomobili vuraraq avtomobilə maddi ziyan yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 17 mart 2024-cü il tarixdə, saat 12:00 radələrində özünə məxsus “MTZ 80” markalı, 55 T 543 dövlət qeydiyyat nişanlı traktorla dostunun xahişi ilə dostuna məsus olan “MTZ 80” markalı 55 T 312 dövlət qeydiyyat nişanlı traktorun yanacağı qurtardığı üçün Qələbə marketin qarşısına doğru itələyərək aparmışdır. Bu zaman marketin qarşısında dayanan X2 məxsus olan “X12 Prado” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı minik avtomobili vurmuşdur. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəymişdir. Törətmiş olduğu əməlindən peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Həmin Məcəllənin 332.4-cü maddəsinə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 500 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar