Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-233/2022 17.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs tərəfindən Aşağı Layısqı bələdiyyəsinin 30 mart 2022-ci il tarixli, 04 nömrəli protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 26 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs gəlməmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs iclasında qəbul edilmiş aktların (qərarların) surəti 5 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Şəki Regional Ədliyyə İdarəsinə təqdim etməlidir. Lakin cəmiyyət tərəfindən ilə dair illik hesabat bu günədək Palataya təqdim edilməmişdir və bu əmələ görə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qərarına gəlinmişdir. İş materialına əlavə edilmiş Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs izahatından görünür ki, Şəki rayon Aşağı Layısqı bələdiyyəsi gələcəkdə belə nöqsanlara yol verməyəcək. Protokolu qanunla müəyyən edilmiş müddətə göndərəcəkdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs tərəfindən Aşağı Layısqı bələdiyyəsinin 30 mart 2022-ci il tarixli, 04 nömrəli protokolu qanunvericiliklə müəyyən edilmiş müddətdə 5 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməlidir. Lakin bələdiyyə sədri tərəfindən 30 mart 2022-ci il tarixli, 04 nömrəli protokolu qanunvericiliklə müəyyən edilmiş müddətdə 5 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə Qəra ra aldı: Şəki rayon Aşağı Layısqı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-233/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-233/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver