Məhkəmə qərarları › İş №3(075)-233/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-233/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-233/2025 16.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, X1 barəsində qəbul edilmiş 09 mart 2025-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 09 mart 2025-ci il tarixli qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat cərimə edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ2650233 nömrəli elektron qərarın ləğv edilməsi, barəsində İXM-nin 353.2-ci maddəsi ilə başladılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 3(019)-140/2025 saylı qərardadı ilə, X6 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ2650233 nömrəli elektron qərardan verilmiş şikayət əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 3(019)-140/2025 saylı qərarı onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X4 törətdiyi inzibati xəta hadisəsi Şəki rayonu ərazisində törədilmiş, X4 şikayətə onun yaşadığı yer üzrə baxılması barədə verilməmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X4 qeydiyyat ünvanı ünvan 1i Xətalar Məcəlləsində işə baxılarkən aidiyyətin mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, aidiyyət məsələsi mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norması ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta hadisəsi Şəki şəhəri ərazisində törədilsə də, X2 rayonu, Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 qanunla ona verilmiş hüquqdan istifadə edərək müvafiq qərardan özünün yaşayış yeri üzrə aidiyyəti məhkəməyə şikayət vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, Balakən Rayon Məhkəməsinin qərarında şikayətçinin onun yaşadığı yer üzrə şikayətə baxılması barədə vəsatət verilmədiyi göstərilsə də, məhkəmə hesab edir ki, şikayətçinin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarı mübahisələndirib, şikayət ərizəsi Balakən Rayon Məhkəməsinə müraciət etməsi özü özlüyündə vəsatət kimi qəbul edilməlidir. Göründüyü kimi X4 yaşayış yeri Balakən rayonu, Mahamalar kəndidir. Bu səbəbdən X1 barəsində qəbul edilmiş 09 mart 2025-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə Balakən Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs faktiki yaşadığı ünvan ünvan 2inə müraciət edildiyindən hazırkı işə Şəki Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 118 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində qəbul edilmiş 09 mart 2025-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar