Məhkəmə qərarları › İş №3(075)-24/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-24/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-24/2023 05.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx xxx 1955-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-nin rəhbəri olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Borclu Şəxs, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli, 2(075)-547/2019 saylı, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 16 aprel 2019-cu il tarixli, 2(075)-538/2019 saylı və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 25 may 2017ci il tarixli, 2(075)-2975/2017 saylı icra sənədlərinə əsasən icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün Şəki rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Şəxs da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokola 10 yanvar 2023-cü il tarixli, 1 nömrəli əlavədə qeyd edilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli, 2(075)- 547/2019 saylı icra sənədinə əsasən "xxxx" ASC-nin nizamnaməsinin, "xxxx" ASC-nin 2017-ci ilə dair İdarə heyətinin hesabatının, "xxxx" ASC-nin 2017-ci iiə dair müşahidə şurasının hesabatının, "xxxx" ASC-nin səhmdarlarının təzə reyestrinin, "xxxx" ASC-nin 2017-ci ilin yekunlarına dair keçirilmiş ümumi yığıncağın protokolunun, "xxxx" ASC-nin 2017-ci ilə dair maliyyə nəticələri haqqında hesabatının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin müəssisənin balansına 5 saylı əlavənin surətləri hər səhifəsinə «Əsli ilə düzgündür» ştamp və möhürü vurulmaqla "xxxx" ASC-dən alınaraq tələbkar X1 verilməlidir. "xxxx" ASC-dən 10 (on) manat məbləğində dövlət rüsumu tutuiaraq dövlət nəfinə keçirilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 16 aprel 2019-cu il tarixli, 2(075)-538/2019 saylı icra sənədinə əsasən "xxxx" ASC-nin nizamnaməsinin, "xxxx" ASCnin səhmdarlarının yeni reyestrinin, "xxxx" ASC-nin 2017-ci ilin yekunlarına dair keçirilmiş ümumi yığıncağın protokolunun, "xxxx" ASC-nin 2017-ci ilə dair maliyyə nəticələri haqqında hesabatının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin, əlavənin, "xxxx" ASC-nin 2017- ci ilə dair Ümumi yığıncağında iştirak edən qeydiyyatdan keçən səhmdarların siyahısının, "xxxx" ASC-nin emissiya prospektinin, "xxxx" ASC-nin 2017-ci ildə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtiəri ilə birlikdə təsdiq olunmuş surətləri "xxxx" ASC-dən alınaraq X4 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 25 may 2017-ci il tarixli, 2(075)-2975/2017 saylı icra sənədinə əsasən "xxxx" ASC-dən nizamnaməsinin sürəti, təzə reyestrinin surəti, 2012, 2013, 2014 və 2015ci illərin yekununa dair keçirilmiş ümumi yığıncaqlarının protokollarının surətləti, 2014- 2015-ci illərin maliyyə nəticələri haqqında hesabatların, müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surətləri alınaraq X4 verilməlidir. "xxxx" ASC-dən 10 (on) rnarıat məbləğində dövlət rüsumu tutularaq X4 verilməlidir. Qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2019-cu ii, xx.xx.2019-cu il və xx.xx.2017-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu "xxxx" ASC barəsində olan icra sənədləri xx.xx.2022-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu hüquqi şəxsin rəhbərinin Bakı şəhəri, T.Əliyev küçəsi, ev 52, mənzil 44 ünvanında yaşayan xx xxx 1955-ci ii təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Həmin müəssisə rəhbərinə rəsmi xəbərdarlıq edilərək icra sənədində göstərilən öhdəlikləri yerinə yetirməsi tələb edilsə də, onun tərəfindən qanuni tələblər yerinə yetirilməmişdir. "xxxx" ASC-nin rəhbəri Şəxs tələbin icrası ilə əlaqədar 11 noyabr 2022-ci il tarixdə verdiyi izahatda həmin sənədlər tərtib olunan dövrdə müəssisə rəhbəri olmadığını, 2021-ci ildə müəssisənin rəhbəri seçildiyini, icra sənədində göstərilən sənədləri rəhbər olarkən ona təqdim olunmadığını bildirmiş və buna görə də həmin sənədləri təqdim edə bilməyəcəyini göstərmişdir. Bununla da "xxxx" ASC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli, 2(075)-547/2019 saylı, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 16 aprel 2019-cu il tarixli, 2(075)-538/2019 saylı və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 25 may 2017-ci il tarixli, 2(075)- 2975/2017 saylı icra sənədləri üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 3(075)-24/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verlməsi qərara alınmışdır. İş materiallarında olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli şikayət ərizəsindən görünür ki, o Şəki Rayon Məhkəməsini 3(075)-24/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarından narazı qalmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddələrinin tələblərini rəhbər tutaraq Şəki Rayon Məhkəməsini 3(075)-24/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və borclu "xxxx" ASC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-57/2023 saylı, 03 mart 2023-cü il tarixli qərarından görünür ki, Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(075)-24/2023 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunu üzürsüz səbəbdən, yəni qəsdən icra etməmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış, borcunu tələbkara ödəməmişdir. İşin qeyd edilən halları məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun əmlak vəziyyətini, həmçinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərə ancaq cərimə cəzasının tətbiq edilməsinin nəzərdə tutulmasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" ASC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar