Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-240/2021 23.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, işsiz, İİ qrup əlilliyi olan ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx xxxx 2021-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində yerləşən “Ağ Qaya” restoranının yaxınlığında üzərindən 0,18 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdəxx xxxx 2021-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində yerləşən “Ağ Qaya” restoranının yaxınlığında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və Şəki ŞRPŞ-də gətirilmişdir. Polis şöbəsində keçirilən şəxsi axtarış zamanı təmiz çəkisi 0,18 qram narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götrülmüşdür. Barəsində araşdırma aparılmış, lakin xx.xx.2021ci il tarixdə material üzrə cinayət işinin başlanılması rədd edilmiş və barəsində inzibati protokol tərtib edilməsi üçün qərar İTB-yə göndərilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, İİ qrup əlildir. Bildirdi ki, xx xxxx 2021-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində yerləşən “Ağ Qaya” restoranının yaxınlığında əvvəllər tanıdığı X3 məxsus “VAZ-2108” markalı avtomobildə oturmuşlar. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq onları Şəki ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində isə istifadə etmək məqsədi ilə onun üzərində olan tımiz çəkisi 0,18 qram, Ayaz Abubəkirovun üzərində isə 0,28 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Barəsində araşdırma aparılmış, lakin xx.xx.2021-ci il tarixdə material üzrə cinayət işinin başlanılması rədd edilmiş və barəsində olan qərar İTB-yə göndərilmişdir. Heç bir yerdə işləmir. Etdiyi hərəkətdən peşmandır. Epilepsiya xəstəsidir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəki Regional Vəkil Bürosunun vəkili X5 izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan şəxsin MSY-dən azad edilmə haqqında xx xxxx 2021-ci il tarixli qərarının məzmunundan görünür ki, cinayət işi üzrə Ədliyyə Nazirliyinin Məhkəmə-X6 Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, 17/204 nömrəli rəyindən görünür ki, Şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə narkotik vasitə olan qurudulmuş marixuana olmaqla, təmiz çəkidi 0,18 qram müəyyən edilmişdir. İşdə olan DSMF-nun Şəki şəhər şöbəsi tərəfindən verilmiş 002624 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci dərəcəli əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-240/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-240/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver