Məhkəmə qərarları › İş №3(075)-242/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-242/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-242/2021 23.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Şəxs barəsində xx xxxxx 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində xx xxxxx 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Hacı-X2 Rayon Məhkəməsinin 2(075)-5486/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 2(075)-5486/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs hər ay bir uşaq üçün 80 manat sabit pul məbləğində aliment alınaraq X1 ödənilməlidir. Məhkəmə protokol və ona əlavə edilmiş sənədləri təhlil edərkən müəyyən etmişdir ki, icra məmuru tərəfindən ayrı-ayrı vaxtlarda borclunun izahatı alınsa da Protokol tərtib edilən gün, məhz xx.xx.2021-ci il tarixdə Şəxs izahatı alınmamış, onun qalıq qalmış 930 manat pulu ödəyib-ödəməyəcəyi aydınlaşdırılmamış və icra məmuru tərəfindən protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Halbuki protokolda börclunun xx.xx.2021-ci il tarixli izahatının alınması göstərilmişdir. İş materialına nəzər saldıqda borclunun xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə izahatının alınması aydın olur. Göründüyü kimi Şəxs iş üzrə sonuncu izahatı xx.xx.2021-ci il tarixdə icra məmuru tərəfindən alınmış. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxx 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş, lakin onun izahatı alınmadan, sözügedən icra sənədi üzrə hər hansı fikiri öyrənilmədən və problemin məhkəməyədək həll edilməsinə cəhd göstərilmədən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa iş materialı ilə müəyyən olunur ki, qeyd edilən icra işi xx.xx.2016-cı ilin icra vərəqəsi üzrədir. Deməli börclu indiyədək icra vərəqəsi üzrə təlabkara müntəzəm və davamlı olaraq ödənişlər etmişdir. Belə başa düşülür ki, qeyd olunan aliment borcu müəyyən natamam ödənişlər üzrə yaranmışdır. Belə olduğu halda icra məmuru səlahiyyətindən istifadə edərək borclunun yaşadığı evə baxış keçirməli və həmin evdə satışa çıxarıla biləcək əşyaların dairəsini müəyyən etməli idi. Lakin protokol və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun yaşadığı evə baxış keçirilməmiş və həmin evdə siyahıya alına biləcək əşyaların olubolmaması aydınlaşdırılmamışdır. Çünki məhkəmə tərəfindən qeyd edilən halları özündə əks etdirən hər hansı arayış, AKT və ya digər sübut məhkəməyə təqdim edilməmiş və ya belə bir sənədlər təqdimata əlavə edilməmişdir. Bununla da Şəxs yaşadığı ünvana baxış keçirilərək onun əmlak vəziyyəti araşdırılmamış, onun işləyib-işləməməsi, əmək haqqı alıbalmamasının mümkünlüyü aydınlaşdırılmamışdır. Həmçinin iş materialına Şəxs adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinyət əşyalarının olub-olmaması barədə, “xxxx” ASC-nin Şəki filialına, “xxxx” ASC-nin Şəki filialına, “xxxx” ASC-nin Şəki şəhər filialına, “xxxx” QSC-nin Şəki filialına, “Azərbaycan Beynəlxxxxı”nın Şəki filialına, “xxxx” KB ASC-nin Şəki şəhər filialına, “xxxx” ASC-nin Şəki filialına, “xxxx” ASC-nin Şəki filialına, sorğu verilsə də, Ləğv Prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, “xxxx” ASC-nin Şəki filialına “xxxx” İKB ASC-nin Şəki filialına, “xxxx” ASC-nə və ləğv edilmiş digər bankların ləğvedicisinə və Bank Olmayan digər Kredit Təşkilatlarına sorğuların göndərilməsinə dair heç bir sənəd, iş materialına əlavə edilməmişdir. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar