Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-243/2021 26.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Şəki ŞRPŞ-də ucadan səs-küy salaraq şöbənin iş rejimini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Şəki ŞRPŞ-də ucadan səs-küy salaraq şöbənin iş rejimini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxx 2021-ci il tarixdə “Karvan” restoranının qarşısında durmuşdur. Bu zaman polis şöbəsinin müavini və bir nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Belə ki, bir müddət əvvəl yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokoldan şikayət vermişdir. Şöbədə həmin protokolla bağlı izahatı alınmış və ona xx xxxxx 2021-ci il tarixdə nəticəsi barədə məlumat almaq üçün polis şöbəsinə gəlməyini bildirmişlər. O da bu gün polis şöbəsinə gəlmişdir. Onu daha sonra məhkəməyə gətirmişlər. Məhkəməyə nə üçün gətirildiyini başa düşmür. Belə ki, heç bir ictimai qaydanı pozmamış, polis əməkdaşları ilə arasında heç bir sözlə və ya digər qaydada mübahisə olmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində polis şöbəsində olduğu zaman bir nəfər şəxsin xidməti otaqların birinin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək səs-küy saldığını və şöbənin xidməti fəaliyyətini kobud şəkildə pozduğunu görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsə ucadan nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qayda pozuntusuna yol verdiyini izah edib söyüş söyməməyini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin əməkdaşı X6 şahid X3 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs polis şöbəsində olduğu müddətdə səs-küy salaraq, ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da o, xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu hal şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə baxışında təqsirsiz olduğunu bildirsə də, polis şöbəsində nəyə görə izahat verməkdən imtina etdiyini inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu onun məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayət verərək izahat verməli olduğu halda, sonuncu bu hüququndan istifadə etməmiş, əksinə ictimai qaydanı pozaraq ətrafdakıların diqqətini özünə cəlb etmiş və polisin normal iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin, Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bundan başqa şöbənin növbətçi hissəsinin qanuni tələblərinin pozulması iş materialları ilə sübut olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul edildiyi saatdan hesab edilsin. Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 19:10-dan şübhəli şəxs qismində tutularaq xx xxxxx 2021-ci il tarixə, saat 19:50-dək saxlanıldığı müddət onun barəsində tətbiq ediləcək həbs növündə inzibati tənbeh tədbirinin müddətindən çıxılsın. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-243/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-243/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver