Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-245/2022 06.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə Şəki ŞRPŞ-dən məhkəməyə daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəki ŞRPŞ-dən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə 06 may 2022-ci il tarixdə İXP-4468784, İXP-4469529 və İXP-4469715 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuş və qeyd olunan protokollar üzrə müvafiq olaraq 3(075)- 245/2022, 3(075)-243/2022 və 3(075)-242/2022 nömrəli işlər məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinin tələbləri nəzərə alınaraq hesab edir ki, 3(075)-245/2022 və 3(075)-243/2022 nömrəli iş 3(075)-242/2022 nömrəli işlə birləşdirilməli və baxılaraq onlara yekun hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)-245/2022 və 3(075)-243/2022 nömrəli iş 3(075)-242/2022 nömrəli işlə birləşdirilsin. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-245/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-245/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver