Məhkəmə qərarları › İş №3(075)-246/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-246/2020

01.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-246/2020 01.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə Şikayətçi x1 Azərbaycan Respublikası DİN BDYPİ x4 YPX inspektoru tərəfindən tərtib edilmiş 26 aprel 2020-ci il tarixli, TP-3634608 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 26 aprel 2020-ci il tarixli, İXP-3222785 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şikayətçi x2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ x4 YPX inspektoru tərəfindən tərtib edilmiş 26 aprel 2020-ci il tarixli, TP-3634608 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 26 aprel 2020-ci il tarixli, İXP-3222785 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi x1 şikayət ərizəsinə baxılması ilə bağlı növbəti məhkəmə iclası 01 iyun 2020-ci il tarixə, saat 17:20-ə təxirə salınmışdır. Şikayətçi x2 01 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində tərtib edilmiş 26 aprel 2020-ci il tarixli, TP-3634608 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 26 aprel 2020-ci il tarixli, İXP-3222785 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətə baxılmadan şikayət ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçi x1 01 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuş həmin ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, şikayətçi x1 şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q я р а ра a л д ы: Şikayətçi x1 Azərbaycan Respublikası DİN BDYPİ x4 YPX inspektoru tərəfindən tərtib edilmiş 26 aprel 2020-ci il tarixli, TP-3634608 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 26 aprel 2020-ci il tarixli, İXP-3222785 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar