Məhkəmə qərarları › İş №3(075)-246/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-246/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-246/2021 26.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-550/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu X3 3800 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla, tələbkar X5 məxsus dəyəri 1000 manat olan mişar dəzgahı və 30 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-550/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu X3 3800 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla, tələbkar X5 məxsus dəyəri 1000 manat olan mişar dəzgahı və 30 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. İcra sənədi xx.xx.2013-cü il tarixində şöbəsinə daxil olmuşdur. Həmin tarixdə icraata başlanmış və borcluya icra sənədi üzrə tələbin könüllü icra müddəti ərzində təmin edilməsi ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. Lakin, borclu həmin müddət ərzində icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldilməsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir.Nəticədə borcluya məxsus banklarda pul vəsaiti və ya başqa sərvətlərin, tələbin yönəldiləsi əmlak və gəlirlər aşkar edilməmişdir. Bocluya qanunvericiliyə müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir.Lakin borclu tələbi təmin etməmiş və icra məmurunun şağırışlarına gəlməkdən yayınmışdır. X1 məcburi gətirilməsi barədə Şəki Rayon Məhkəməsinin 8(075)- 258/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardad icra olunması üçün xx.xx.2014-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Lakin borclu icra sənədində qeyd olunan ünvanda yaşamadığı üçün onun məcburi qaydada gətirilməsi mümkün olmamışdır. Bundan sonra X6 axtarılması barədə xx.xx.2015-ci il tarixdə qərar qəbul olunaraq icra edilməsi üçün Şəki Şəhər- Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsində borclu barəsəində xx.xx.2015-ci il tarixdə 34561 saylı axtarış işi açılmışdır. Borclu Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində şöbəyə gətirilmiş, borclu barəsində tərtib olunmuş protokol məhkəməyə göndərilmiş Şəki Rayon Məhkəməsinin 3(075)-776/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati məsuliyyətə cəlb olunduqdan sonra borclu xx.xx.2018-ci il tarixində şöbəyə dəvət olunsada, borclu icra məmurunun qanuni tələblərinə əməl etməyərək, izahat verməyərək şöbənin inzibati binasını özbaşına tərk etmişdir. Bundan sonra borclunun yaşadığı mənzilə baxış keçirilmiş, onun Bakı şəhərində yaşadığı müəyyən edilmişdir. Buna görə də, borclunun axtarılması barədə xx.xx.2018-ci il tarixli qərar icra olunması üçün Şəki ŞRPŞ-yə göndərilmiş, borclu barəsində 820004 saylı axtarış işi açılmışdır. Borclu xx.xx.2020-ci il tarixli izahatında inzibati binanı tərk etməsinin səbəbini ödəniş üçün vəsaitinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə qərarının 2013-cü ildə qanuni qüvvəsini almasına baxmayaraq borclu keçən müddət ərzində cəmi 2014-cü ildə 1500 manat, 2018-ci ildə 300 manat, 2020-ci ildə isə cəmi 100 manat ödəniş etmişdir. Borclu karantin rejimi olmasını buna görə də borc məbləğinin tam olaraq ödənilməsinə maddi imkanının olmamasını bildirmişdir. Buna görə də, qalıq borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Həmin vaxtdan sonra borcu Şəxs yeri məlum olmamış xx.xx.2020-ci il tarixində yenidən axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-yə göndərilmiş, nəticədə barəsində xx.xx.2020-ci il tarixli, 820552 nömrəli axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixində yeri müəyyən edilərək İcra və probasiya şöbəsinə gətirilmiş, həmin tarixdə iltizam verərək borcundan 400 manat ödəniş edəcəyinə söz vermiş, izahatında isə borcunu hər ay 100 manat olmaqla hissə-hissə döyəcəyini göstərmişdir. Borclu icra sənədi üzrə tələbi icra etmədiyindən xx.xx.2021 -ci il tarixində ona rəsmi xəbərdarlıq edilərək İcra və probasiya şöbəsinə gəlməsi tələb edilmiş, lakin həmin xəbərdarlıq heç bir nəticə verməmiş, icra tədbirləri görülərkən borclunun qeydiyyatda olduğu yaşamadığı müəyyən edilmişdir. Məlumatlı olduğu halda bu dəfə də naməlum ünvanda yaşamaqla icradan yayındığından axtarılması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək Şəki ŞRPŞ-yə göndərilmişdir. xx.xx.2021-ci il tarixində yeri müəyyən edilərək Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilmiş, həmin tarixdə tələb edilməsinə baxmayaraq bu dəfə də borc məbləğlərini ödəməmiş, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-550/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədi üzrə cəmi 100 manat ödəniş etmişdir, İcradan yayınmasının səbəbi kimi Bakı şəhərində olmasını göstərmiş, borcu ödəməməsini isə işləmədiyinə görə maddi vəziyyətinin pis olması ilə əsaslandırmışdır. Şəxs həmçinin, Şəki Telekommunikasiya qovşağına 86,49 manat məbləğində borcun dair Şəki Rayon Məhkəməsinin 2(075)- 370/20112 nömrəli, xx.xx.2012-ci il tarixli, “xxxx” ASC-yə 1083,50 manat ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 2(075)-4623/2015 nömrəli, xx.xx.2015-ci tarixli, “xxxx" ASC-yə 2285,55 manat ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 2(075)-4631/2015 nömrəli, xx.xx.2015-ci tarixli, “xxxx” ASC-yə 2285,55 manat ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 2(075)-4629/2015 nömrəli, xx.xx.2015-ci tarixli icra sənədlərini də üzrsüz səbəbdən icra etməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-550/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə 1355,91 ABŞ dolları, dair Şəki Rayon Məhkəməsinin 2(075)-4623/2015 nömrəli, xx.xx.2015-ci tarixli icra sənədi üzrə 1023,51 manat, Şəki Rayon Məhkəməsinin 2(075)-4631/2015 nömrəli, xx.xx.2015-ci tarixli icra sənədi üzrə 2185,53 manat, Şəki Rayon Məhkəməsinin 2(075)-4629/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə 1102,79 manat ödənilməmiş borcu qalmışdır. Şəki Telekommunikasiya qovşağına 86,49 manat məbləğində borcun dair Şəki Rayon Məhkəməsinin 2(075)-370/20112 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirdi ki, göstərmişdir ki, borclu bu günə qədər çağırış əsasında könüllü olaraq İcra qurumuna gəlməmiş, yalnız axtarış nəticəsində məcburi qaydada gətirilmiş, borcundan ödədiyi vəsaitlər isə axtarış nəticəsində gətirildiyi tarixlərə təsadüf etmişdir. Bu onu göstərir ki, o, yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə hər dəfə borcun cüzi bir hissəsini ödəmiş, izahatlarında söz verməsinə baxmayaraq müntəzəm olaraq ödəniş etməmişdir. İndiyədək borclu barəsində 4 axtarış işi açılmışdır. Şəxs oğlu xx xxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 550/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan 3800 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla, tələbkar X5 məxsus dəyəri 1000 manat olan mişar dəzgahı və 30 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. O, Bakı şəhərində kirayədə yaşayır. 4 ay əvvəl barəsində axtarış işi olsa da könüllü olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və 4 ay ərzində borcundan 500 manat ödəniş etmişdir. Hal-hazırda da polislə deyil, könüllü olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Bakı şəhərində yaşadığından hər ay icra məmurunun çağırışlarına gələ bilmir. Borcuu birdəfəyə ödəməyə imkanı yoxdur. Lakin icra sənədi üzrə borcundan ayda 100 manat ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, xx xxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxx 2021-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar