Məhkəmə qərarları › İş №3(075)-246/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-246/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-246/2023 27.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Şəki rayonu YPX baş inspektoru, polis leytenantı X4 iştirakları ilə X1 Şəki rayonu YPX baş inspektoru, polis leytenantı X6 tərəfindən barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 22 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu YPX tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 22 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-BZ-*** dövlət nişanlı avtomobili evinin qarşısından geriyə hərəkət edərkən Şəki X10i əməkdaşı tərəfindən ona İXP-5248912 nömrəli protokol yazılmışdır. O yolda xəttin qırıq olduğunu, küçənin başlanğıcında “21-i əsr” adlı marketin qabağında geriyə dönmək qadağandır nişanı olduğunu və nişandan 20-30 metr sonra kəsişmə olduğunu bildirmişdir. Nişanın qüvvəsi həmin kəsişməyə qədərdir. X10i əməkdaşı onunla razılaşmamış və ona həmin yerin dalan olduğunu bildirmidir. O qeyd etmişdir ki, ora dalan yox küçədir, hər tərəfə çıxışı var və şəhid Rafael Məmmədovun adını daşıyır. O qanunda dəyişiklik olduğunu düşünərək həç bir şey deməmiş və Talıbovun yol hərəkəti qaydaları kitabına baxmışdır. Sonra SMS-lə radarın sual cavab bölməsinə müraciət etmişdir. Səhəri günü cavabın onun fikri ilə üst-üstə düşdüyünü görmüşdür, yəni nişanın qüvvəsi birinci kəsişməyə qədərdir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki rayonu YPX baş inspektoru, polis leytenantı X6 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə, saat 11:06 radələrində xidmətdə olarkən Opel Astra markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qayda pozuntusu etdiyini görmüşdür. Bundan sonra həmin avtomobilin sürücüsü X5 barəsində 22 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və 22 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, hesab edir ki, tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətçinin və Şəki rayonu YPX baş inspektoru, polis leytenantı X4 izahatını dinlədikdən şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 22 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Şəki rayonu YPX baş inspektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X5 22 fevral 2023-cü il tarixdə, saat 11:06 radələrində Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Şəki rayonu YPX baş inspektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X3 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X3 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki ŞRPŞ-nin X10 Bölməsinin inspektoru, polis leytenantı X6 tərəfindən qəbul olunmuş 02 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X5 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki ŞRPŞ-nin X10 Bölməsinin inspektoru, polis leytenantı X6 tərəfindən qəbul olunmuş 02 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar