Məhkəmə qərarları › İş №3(075)-246/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-246/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-246/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsinin prokuroru İ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evil, 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyən, məhkumluğu olmayan, Şəki rayonunun Abbas kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 596.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Şəxs barəsində İXM-nin 596.2-ci mаddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, qərar və toplanmış material şəxsin barəsində inzibati təhbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsinin prokuroru İ dərəcəli hüquqşünas X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs barəsində İXM-nin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas kimi vəzifəli şəxs - Azərbaycan Respublikası vətəndaşı, 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şəxs vətəndaş X5 tərəfindən İXM-nin 253.1-ci maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsini müəyyən edərək 31 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etsə də, inzibati xəta haqqında protokola və işin digər materiallarına İXM-nin 111.1-ci maddəsinə əsasən, on beş gün müddətində baxmalı olduğu halda, həmin müddət ərzində baxılmasını təmin etməmiş, bununla da, İXM-nin 111-ci maddəsində müəyyən edilmiş müddətləri pozaraq İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs barəsində İXM-nin 596.2-ci mаddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, qərar və toplanmış material şəxsin barəsində inzibati təhbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs İXM-nin 596.2-ci mаddəsi ilə təqsirli bilinərək inzibati təhbed edilməsini məhkəmədən xahiş etmişdir. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun barəsində İXM-nin 596.2-ci mаddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması tam əsassızdır. Belə ki, o, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləmiş, xx.xx.2025-ci ildə 7 saylı X4 X1 14 saylı meşə dolayının 46-cı kvartalında qanunsuz olaraq müxtəlif diametrli 49 ədəd catalpa cinsli ağacları köküstə yaş halda kök boğazından kəsdiyinə görə X5 barəsində İXM-nin 253.1-ci maddəsinə ilə 31 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu tərtib edildikdən sonra növbəti günlər altı və bazar günlərinə təsadüf etdiyi üçün birinci gün, yəni 3 fevral 2025-ci ildə aidiyyəti üzrə qərar qəbul edilməsi üçün verilməsindən ötrü 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində protokolların qeydiyyatı kitabında qeydiyyata aldırmaqla müvafiq qərar qəbul edilməsi üçün rəisə təqdim edilmişdir. Onun vəzifə funksiyalarında qərarın qəbul edilməsi qeyd edilmədiyi üçün inzibati xəta haqqında protokolun tərtib edilib təqdim edilməsi ilə onun işi yekunlaşmışdır. Buna baxmayaraq, yəni o, tərtib etdiyi protokolu dərhal növbəti iş günü icrası məqsədilə dəftərxana vasitəsi ilə verilməsindən başqa iş materiallarından göründüyü kimi, inzibati xəta haqqında protokol elektron sistemə də dəftərxana tərəfindən xx.xx.2025-ci ildə yerləşdirilmiş, yəni qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş 15 gün müddət ötürülməmişdir. Qərar qəbul etmək səlahiyyəti olan idarə rəisinin qərar qəbul etmək üçün 5 gün müddəti qalmışdır. Bütün bunlar iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir. O, qeyd etdiklərinin, qərar qəbul etmək səlahiyyətinin olmamasının, tərtib etdiyi inzibati protokolu gecikdirmədən qərar qəbul etmək üçün verməsinin, heç bir inzibati xəta törətməməsinin nəzərə alınaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallqarına əlavə ediməklə məhkəmə iclasında tədqiq edilmiş.; Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsi tərəfindən 22 aprel 2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, (FİN:5NKD8D5) xx.xx.1993-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyən Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan vəzifəli şəxs - Şəxs barəsində Аzərbаycаn Respublikаsı İXM-nin 596.2-ci mаddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X5 İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Elektron sistmdən çıxarışın surətindən görünür ki, Şəxs tərəfindən X5 barəsində xx.xx.2025-ci ildə İXM-nin 253.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol xx.xx.2025-ci ildə elektron sistemə işlənmişdir. 31 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2025-ci ildə 7 saylı X4 X1 14 saylı meşə dolayının 46-cı kvartalında qanunsuz olaraq müxtəlif diametrli 49 ədəd catalpa cinsli ağacları köküstə yaş halda kök boğazından kəsdiyinə görə X5 barəsində İXM-nin 253.1-ci maddəsinə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regioanl Ekoligiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək tərtib etdiyi akt və protokolların qeydiyyatı kitabının təsdiq edilmiş surətindən görünür ki, Şəxs tərəfindən X5 barəsində xx.xx.2025-ci ildə Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə qərar qəbul edilməsi üçün verilməsindən ötrü xx.xx.2025-ci ildə 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinədə protokolların qeydiyyatı kitabında qeydiyyata alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regioanl Ekoligiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoru, məsləhətçimüfəttişin vəzifə fuksuyalarından görünür ki, məsləhətçi-müfəttişin inzibati xəta haqqında qərar qəbul etmə səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 596.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə – vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs barəsində İXM-nin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas kimi vəzifəli şəxs - Azərbaycan Respublikası vətəndaşı, 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şəxs vətəndaş X5 tərəfindən İXM-nin 253.1-ci maddəsinə ilə nəzərdə tutulan xətanın törədilməsini müəyyən edərək 31 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etsə də, inzibati xəta haqqında protokola və işin digər materiallarına İXM-nin 111.1-ci maddəsinə əsasən, on beş gün müddətində baxmalı olduğu halda, həmin müddət ərzində baxılmasını təmin etməməsi, bununla da, İXM-nin 111-ci maddəsində müəyyən edilmiş müddətləri pozaraq İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kimi göstərilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Şəxs tərəfindən X5 barəsində xx.xx.2025-ci ildə Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə qərar qəbul edilməsi üçün verilməsindən ötrü qeydiyyata alınması və müvafiq qərar verilməsi üçün xx.xx.2025-ci ildə 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinə təqdim edilmiş, sözügedən inzibati xəta haqqında protokol həmin tarixdə daxil olmuş protokolların qeydiyyatı kitabında qeydiyyata alınmışdır. Bununla da qərar qəbul edilməsi üçün verilməsi onun tərəfindən gecikdirilməmişdir. Eyni zamanda Şəxs vəzifə fuksiyalarında onun qərar qəbul etmək səlahiyyəti olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, X6 barəsində xx.xx.2025-ci ildə İXMnin 253.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol xx.xx.2025-ci ildə sistemə işlənilmiş, şəxsin barəsində inzbati təhbeh vermə haqqında qərarın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş 15 gün müddət ötürülməmişdir. İnzibati təhbeh vermə haqqında qərar qəbul etmək səlahiyyəti olan 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin rəisi qalan 5 gün müddətində qərar qəbul etsəydi müddəti ötürmüş olmazdı. Həmin müddətin inzibati təhbeh vermə haqqında qərar qəbul etmək səlahiyyəti olan şəxs tərəfindən ötürülməsi Azərbaycan Respublikası vətəndaşı, 7 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas ola bilməz. Çünki onun belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-cimaddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübuta yetmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.1-ci maddəsinin tələbinə görə inzibat xəta hadisəsinin törədilməsi, 75.0.3-cü maddəyə görə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət tədbiqindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar