Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-248/2021 27.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Şəki rayonu Vərəzət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Vərəzət kəndində qeydiyyatında olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 13:30 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən “Ekonom” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 13:30 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən “Ekonom” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə, saat 13:30 radələrində dostu Səxavətlə birlikdə Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən “Ekonom” marketin qarşısında dayanmışdır. Bu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və qoruyucu tibbi maskadan düzgün istifadə etmədiklərini bildirmişlər. O, əsəbi olduğu üçün polis əməkdaşlarına yüksək səslə “camaatı bezdiribsiniz” demiş, qoruyucu tibbi maskanı düzgün taxmışdır. Bundan sonra polis əməkdaşları onları onu polis şöbəsinə dəvət etmişlər. Onlar heç bir etiraz etmədən polis şöbəsinə getmişlər. Şöbədə izahatları alınmış, bu gün məhkəmədə olmaq barədə iltizama imza etmiş və məhkəməyə gəlmişdir. O, yüksək səslə polis əməkdaşları ilə danışsa da onların qanuni tələblərinə dərhal tabe olmuş, qoruyucu tibbi maskanı düzgün taxmış və heç bir etiraz etmədən şöbəyə getmişdir. Etdiyi əməldən peşmandır. Bir daha ictimai qaydanı pozmayacağına söz verir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə, təxminən saat 13:30 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində digər polis əməkdaşı Elvin Məmmədovla xidmətdə olan zaman “Ekonom” marketin qarşısında dayanmış iki nəfər şəxsin qoruyucu tibbi maskadan istifadə etmədiklərini görmüş və onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra törətdikləri qanun pozuntusunu onlara izah etmişlər. Bu zaman həmin şəxslərdən biri ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və ətrafdakıların diqqətini özünə çəkməyə çalışmışdır. Onlar həmin şəxsi nizamintizama dəvət etsələr də, sonuncu məhəl qoymamış və hərəkətlərini davam etdirmişdir. Ona görə də həmin şəxsləri polis şöbəsində dəvət etmişlər. Şöbədə olarkən həmin şəxslərin Şəki rayonu Vərəzət kənd sakinləri X2 və Şəxs olduqları məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin əməkdaşı X8 şahid X4 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən “Ekonom” marketin qarşısında olduğu müddətdə səs-küy salaraq, ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmiş, ətrafda yaşayan insanların diqqətini özünə cəlb etmişdir. Bununla da o, xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu hal şahid ifadəsi ilə yanaşı Şəxs tərəfindən də etiraf edilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin, Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bundan başqa polisin qanuni tələblərinin pozulması iş materialları ilə sübut olunmur. Belə ki, Şəxs ona xəbərdarlıq edildikdən sonra tibbi maskadan istifadə etmiş və heç bir etiraz etmədən polis şöbəsinə getmişdirş Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 14:00-dan 18:00-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-248/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-248/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver