Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-25/2022 07.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxx 1993-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 yanvar 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin DYPBnin inzibati binasının həyətində polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 06 yanvar 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin DYPB-nin inzibati binasının həyətində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 06 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində tanışı Famil adlı şəxsin törətdiyi inzibati xəta pozuntusu ilə əlaqədar nəqliyyat vasitəsinin DYP-nin duracağına aparılması üçün ona kömək etmək məqsədilə sonuncu ilə birlikdə Şəki ŞRPŞnin DYPB-nin inzibati binasına gəlmişdir. Şöbənin həyətində bir qədər gözlədikdən sona halı pisləşmiş, xəstəxanaya getmək qərarına gəlmişdir. Niva markalı, **-BV-*** dövlət qeydiyyat nömrəli avtomobili işə salıb şöbənin həyətindən çıxıb gedərkən polis əməkdaşı ona “saxla” işarəsi vermişdir. Polis əməkdaşı ona avtomobilini DYP-nin duracağına aparmalı olduqlarını bildirmişdir. O da heç bir etiraz etmədək avtomobili duracağa sürmüşdür. Daha sonra onu polis şöbəsinə gətirərək izahatını almışlar. Hesab edir ki, məsələnin bu qədər böyüdülməsinə zərurət yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə bir nəfər şəxsin Şəki ŞRPŞ-nin DYPB-nin inzibati binasınn həyətində Niva markalı, **-BV- *** dövlət qeydiyyat nömrəli avtomobili insanların diqqətini cəlb edəcək şəkildə, manevr edərək idarə etdiyini və inzibati binadan çıxdığının şahidi olmuşlar. Onun arxasınca gedərək və avtomobilə “saxla” işarəsi verərək nəqliyyat vasitəsini təxminən iki kilometr sonra saxlatmışdır. Saxlatdıqdan sonra Şəxs onunla bölməyə qayıtmağa razılıq verməsədə daha sonra bölmənin inzibati binasına gəlmişlər və həmin şəxsə törətdiyi inzibati xəta pozuntusunu izah etmişlər. Həmin şəxslə aparılan profilaktiki söhbətlər zamanı sonuncu əsəbiləşərək nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə maneə yaratmış, daha sonra guya nəqliyyat vasitəsində qızı-ziynət əşyaları və pul olduğunu iddia etmişdir. Lakin avtomobilə baxış keçirilərkən bunlar öz təsdiqini tapmamışdır. Onlar təkrarən həmin şəxsi nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşı X1 şahid X4 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs avtomobillə bölmənin ərazisindən manevr edərək getdikdən sonra onu saxladan polis əməkdaşının qanuni tələbini icra etməmiş, daha sonra isə bölmənin ərazisində onun əməlinin sənədləşdirilməsi zamanı maneələr yaratmışdır. Şəxs özünü pis hiss etdiyi üçün xəstəxanaya tələsdiyi barədə fikirlərinə məhkəmə tənqidi yanaşır və qeyd edir ki, bu hallar polisin qanuni tələblərinə tabe olmama üçün əsas hesab edilə bilməz. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun hazırda məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və o, bu yolla törətdiyi inzibati xətaya görə barəsində tətbiq ediləcək məsuliyyətdən azad olmaq istəyir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 06 yanvar 2022-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-25/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-25/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver