Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-25/2024 08.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndələri X16 və Nümayəndə iştirakları ilə, X6 Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin 19 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərdib edilmiş 19 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 2001-ci ildən hal-hazıradək Şəki rayonu Küdürlü kənd ümumi orta məktəbində direktor vəzifəsində çalışır. İşlədiyi müddət ərzində həmişə kollektiv arasında hörmətə malik olmuş və daim bir rəhbər kimi işçilərin qayğısına qalmışdır. İşlədiyi müddətdə yuxarı rəhbərlik tərəfindən heç vaxt cəza almamış və göstərdiyi iş fəaliyyətinə görə həmişə mükafatlandırılmışdır. Şəki rayonu Küdürlü kənd ümumi orta məktəbində məktəbin gözətçisi vəzifəsində işləyənlər - X7 və X13 məktəb rəhbərliyi tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, dəfələrlə ardıcıl şəkildə işə çıxmamışlar və nəticədə həmin şəxslərin mühafizəsi altına verilmiş Şəki rayon Küdürlü kənd ümumi orta məktəbin inzibati binası mühafizəsiz qalmış və bu isə məktəbin inzibati binasında əmlak oğurluğuna, yanğına və digər xoşagəlməz hallara gətirib çıxara bilərdi. Gözətçi vəzifəsində işləyənlər - X3 və X8 dəfələrlə üzürsüz səbəbdən işə çıxmayaraq, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdiyi üçün bir neçə dəfə onların iş fəaliyyətində yol verdikləri nöqsanlar məktəbin pedoqoji şurasında və məktəbin həmkarlar təşkilatında müzakirə olunmuş və onların bu hərəkətləri, işə gəlməmələri özbaşınalıq və qanunsuzluq kimi qiymətləndirilmiş və işdən kənarlaşdırılması kollektiv tərəfindən tələb olunmuşdur. Həmçinin, X3 və X8 işə üzürsüz səbəbdən gəlməmələri və əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozduqları üçün məktəb rəhbərliyi və məktəbin həmkarlar təşkilatı rəhbərliyi ilə birlikdə akt tərtib edilərək imzalanmışdır. Ona görə də, məktəbin gözətçisi vəzifəsində işləyənlər - X7 və X13 bu xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz işdən qalma və üzürsüz işə çıxmama hallarına dəfələrlə yol verdikləri üçün məktəb direktoru kimi onu çox narahat etmiş və son zərurət olaraq, məktəbin gözətçisi vəzifəsində işləyənlər X7 və X5 Məcəlləsinin 70-ci maddəsində təsbit olunmuş “İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” müddəalarını əldə rəhbər tutaraq, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” müddəalarının tələblərinə əsasən işdən azad edilməsi barədə əmr verilmişdir. Lakin, mexaniki səhf olaraq əmrin mətnində “ç” bəndi “c” kimi yazılmış və bu mexaniki səhf olaraq nəzərə alınmalıdır. Məktəbin direktoru kimi törətdikləri qanun pozuntusuna görə məktəbin gözətçisi vəzifəsində işləyən - X7 xx.xx.2023-cü il tarixli 129 saylı əmrlə və məktəbin gözətçisi vəzifəsində işləyən - X13 isə xx.xx.2023-cü il tarixli 130 saylı əmri ilə işdən azad edilmələri və əmək müqaviləsinə xitam verilmələri barədə əmr imzalanmışdır. Bundan sonra, Şəki rayon Küdürlü kənd ümumi orta məktəbi üzrə verilmiş 05 dekabr 2023-cü il tarixli 136 nömrəli əmrə əsasən, son haqq-hesab olaraq, X3 ********************0 hesab nömrəsinə 42 manat 97 qəpik və X9 isə ******************** hesab nömrəsinə 42 manat 89 qəpik pul ödənilmişdir. Lakin, X19 Xitmətinin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən bu işi araşdırarkən, yuxarıda göstərdiyi xüsusatlar nədənsə nəzərə alınmamış və məktəb direktoru kimi onun barəsində əsassız və qanunsuz olaraq, İXM-nin 192.6-cı maddəsi ilə, yəni “İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxs kimi “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” MN ******* nömrəli Qərarı əsasında 1700 manat məbləğdə inzibati cərimə olunmağı barədə qərar qəbul edilmişdir. X19 Xitmətinin Şəki- Zaqatala Regional şöbəsi tərəfindən onun iştirakı təmin olunmadan işə baxılmış və onu hərtərəfli tam dindirmədən guya inzibati xəta törətdiyinə görə 19 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli Qərarı əsasında 1700 manat məbləğdə inzibati cərimə olunmuşdur. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X10 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, birinci dəfədir ki, belə bir yanlışlığa yol verir. Son haqq-hesabın vaxtında verilməməsinin səbəbi isə onda olmuşdur ki, o, elə hesab etmişdir ki, işçi ancaq öz ərizəsi ilə işdən azad edildikdə ona son haqq-hesab ödənilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, X13 və X3 Şəki rayon Küdürlü kənd məktəbində əmək hüquqlarının pozulması ilə bağlı müraciətlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, onlarla bağlanılan əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Həmçinin işdən azad edilərkən işçilərin son haqq-hesabları hesablanmamış və ödənilməmişdir. Araşdırma dövründə yenidən direktor Mehrabi Çələbiyev əmr verərək ödənişlərin həyata keçirilməsi üçün Şəki təhsil sektoruna müraciət etmişdir. İşçilər Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdirlər. Lakin direktor tərəfindən qeyd olunan maddənin tətbiqi ilə bağlı əsaslandırma halları təqdim edilməmişdir. Belə ki, həmin maddəyə əsasən səlahiyyətli orqan dedikdə işçinin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək üçün qanunvericiliklə yaradılmış komissiya və. s. tərəfindən verilən qərarlar, rəylər başa düşülür. Lakin direktor tərəfindən qeyd olunan formada heç bir iş görülməmiş və qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilmişdir. İşçilər 70-ci maddənin “ç” bəndi ilə işdən azad ediləcəyi halda 72-ci maddədə qeyd olunan halların biri əsas hesab edilir. Lakin məhkəməyə təqdim etdikləri iş vaxtının uçotu tabellərindən də görünür ki, şəxslər işdən azad edildikləri tarixdə, yəni xx.xx.2023-cü il tarixədək işdə olmuşlar. Həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən qeyd olunan maddənin tərkibi olduğu halda əvvəlcədən həmkarlara əsaslandırılmış yazılı təqdimat verilməlidir. 10 gün ərzində verilən həmkarların rəyinə əsasən işçinin əmək müqaviləsinə xitam verilə bilər. İşçi xx.xx.2023-cü il tarixdə işdən çıxmış, heç bir əsası olmayan məktəbdaxili həmkarların xx.xx.2023-cü il tarixdə rəyi alınmış və həmin rəyə əsas olan akt isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. qeyd olunan hallar tamamilə bir-biri ilə uyğunlaşmayan pozuntu halıdır. Bundan əlavə işçilərin qeyd olunan maddə ilə işdən azad edilməsi zamanı məktəbdaxili həmkarların deyil Şəki rayonu üzrə Azad təhsil işçiləri Həmkarlar İttifaqının rəyi alınmalı idi. İşçilərin işdən azad edilməsi heç bir rəyin alınmadığı, həmkarlara müraciət olunmadığı, işçinin işdən azad edildikdən sonra sənədləşmələrin aparıldığı və yuxarıda qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar qanunveriliyə uyğun tərtib edilmiş və əsaslıdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi X16 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, müəyyən edilmişdir ki, Küdürlü kənd ümumi orta məktəbində işləmiş X17 və X3 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verilmişdir. Həmçinin işçilərə son haqq-hesab hesablanmamış və ödənilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 19 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsini pozduğuna görə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Küdürlü kənd ümumi orta məktəbin direktoru M.Çələbiyev tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli 129 və 130 nömrəli əmrlərdən çıxarışlardan görünür ki, məktəbin gözətçiləri olmuş X7 və X13 ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Küdürlü kənd ümumi orta məktəbin direktoru M.Çələbiyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 136 nömrəli əmrdən çıxarışdan görünür ki, X7 və X4 haqq-hesabın ödənilməsi barədə əmr verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərində qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı madəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X2 Kənd ümumi orta məktəbinin gözətçiləri işləmiş X7 və X13 ilə bağlanmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdə 129 və 130 saylı əmrlərlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd edilən maddəyə münasibətdə məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən X7 və X8 işdən azad edilmələrinin əsası kimi göstərilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi işçinin ixtisası və peşəkarlıq səviyyəsi ilə bağlıdır ki, həmin bənddə göstərilən əsaslar ümumiyyətlə mövcud deyil. Şikayətçi həm məhkəməyə təqdim etdiyi şikayətində, həm də məhkəmə iclasında verdiyi izahatında əmrlərdə yanlışlığa yol verərək, Əmək Məcəlləsini 70-ci maddəsini “ç” bəndi əvəzinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini qeyd edildiyini bildirmişdir. Bunu isə onunla əsaslandırır ki, məktəbin gözətçiləri işləmiş X7 və X13 məktəb rəhbərliyi tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, dəfələrlə ardıcıl şəkildə işə çıxmamışlar və nəticədə həmin şəxslərin mühafizəsi altına verilmiş Şəki rayon Küdürlü kənd ümumi orta məktəbin inzibati binası mühafizəsiz qalmış və bu isə məktəbin inzibati binasında əmlak oğurluğuna, yanğına və digər xoşagəlməz hallara gətirib çıxara bilərdi. Hər nə qədər işçilərin işdən azad edilmələrinin əsası kimi Əmək Məcəlləsini 70-ci maddəsinin “c” bəndi göstərilsə də, şikayətçinin dediklərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçilərin işdən azad edilmələri ilə bağlı əmrlər xx.xx.2023-cü il tarixdə verilsə də, qanunvericiliyə zidd olaraq xx.xx.2023-cü il tarixdə Küdürlü kənd ümumi orta məktəbin kəmkarlar komitəsinin iclası keçirilərək məktəbin texniki işçiləri X7 və X8 əmək intizamını dəfələrlə pozduğuna görə müdiriyyət tərəfindən işdən çıxarılmaları düzgün qəbul edilmişdir. Halbuki, Azərbaycan Təhsil İşçiləri X20 Şəki Rayon Komitəsi mövcuddur. Həmçinin xx.xx.2023-cü il tarixdə akt tərtib edilərək X7 və X8 məktəbin direktoru tərəfindən işdə olmamaları, işə laqeyd yanaşmaları haqda dəfələrlə xəbərdarlıq edilməyinin şahidi olmalar göstərilmişdir. Halbuki, qanunvericiliyə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməlidir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməli, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin şikayətçi, işçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsini 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verdikdən sonra, Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndinə əsasən sənədlər hazırlamağa başlamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, X6 şikayətində qeyd olunan 19 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati qərarın qanunsuz və əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X6 barəsində tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 barəsində tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-25/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-25/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver