Məhkəmə qərarları › İş №3(075)-250/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-250/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-250/2025 08.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs sənədsiz mülki ov silahını əldə etmiş, saxlamış və istifadə etməsi səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, inzibati xəta haqqında protokolda göstərilən silah ona babasından yadigar qalmışdır. Həmin silahdan istifadə etməyib. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/310 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X5, X13 oğlu, Şəxs, X7, X14, X8 və X6 əməllərində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, Şəki rayonu Baş Zəyzid kəndi ərazisində X1 yaşadığı evdən aşkar edilmiş zavod üsulu ilə istehsal olunmuş, İJ modelli, X13751 nömrəli, 16 kalibrli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz ov tüfəngi, X2 yaşadığı evdən aşkar edilmiş zavod üsulu ilə istehsal olunmuş, Toz modelli, N189049 nömrəli, 20 kalibrli, xarici çaxmaqlı, qoşalüləli yivsiz ov tüfəngi, Şəxs yaşadığı evdən aşkar edilmiş zavod üsulu ilə istehsal olunmuş, Toz modelli, N214 nömrəli, 20 kalibrli, xarici çaxmaqlı, qoşalüləli yivsiz ov tüfəngi, X3 yaşadığı evdən aşkar edilmiş zavod üsulu ilə istehsal olunmuş, İJ-17 modelli, E18078 nömrəli, 16 kalibrli, xarici çaxmaqlı, təklüləli yivsiz ov tüfəngi, X9 yaşadığı evdən aşkar edilmiş zavod üsulu ilə istehsal olunmuş, Toz modelli, 4718 nömrəli, 16 kalibrli, daxili-çaxmaqlı, qoşalüləli yivsiz ov tüfəngi, X4 yaşadığı evdən aşkar edilmiş zavod üsulu ilə istehsal olunmuş, Toz-63 modelli, 48225 nömrəli, 16 kalibrli, xarici çaxmaqlı, qoşalüləli yivsiz ov tüfəngi və X6 yaşadığı evdən aşkar edilmiş zavod üsulu ilə istehsal olunmuş, İJ modelli, NX17336 nömrəli, 16 kalibrli, xarici çaxmaqlı, qoşalüləli yivsiz ov tüfəngi DİN-nin X16 Baş İdarəsinə göndərilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsinin xx.xx.2025-ci il tarixli, 17/161 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Toz” modelli, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “N214” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri özünün polis bölməsində verdiyi izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki ŞRPŞ-də saxlanılan 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Toz” modelli, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “N214” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng - saz vəziyyətdə olan yivsiz odlu ov silahı dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar