Məhkəmə qərarları › İş №3(075)-254/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-254/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-254/2021 03.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, X1 barəsində tərtib olnumuş 10 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh verilmə haqqında qərarın ləğv olunması barədə şikayət ərizəsinə baxaraq, Müəyyən etdim: X3 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olnumuş 10 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh verilmə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olnumuş 10 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh verilmə haqqında qərarın ləğv olunmasını xahiş etsə də, şikayət ərizəsi X3 tərəfindən imzalanmamışdır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi X2 barəsində tərtib olnumuş 10 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh verilmə haqqında qərarın ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi X2 barəsində tərtib olnumuş 10 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh verilmə haqqında qərarın ləğv olunması barədə barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar