Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-254/2022 25.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, X1 iştirakı ilə X1 Şəki ŞRPŞ-nin DYPB-nin 05 may 2022-ci il tarixli, TP-5006094 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin 05 may 2022-ci il tarixli, TP-5006094 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsinə baxılması ilə bağlı növbəti məhkəmə iclası 25 may 2022-ci il tarixə, saat 11:20-yə təyin edilmişdir. X3 25 may 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Şəki ŞRPŞ-nin 05 may 2022-ci il tarixli, TP-5006094 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə X1 ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, X1 həmin ərizəsi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İXM-nin 128 və 129-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 Şəki ŞRPŞ-nin 05 may 2022-ci il tarixli, TP-5006094 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-254/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-254/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver